ABŞ Konqres üzvü Maxine Dex­ter: “Hər gün LGBTİ+ icması üçün mübarizə aparacağam”

ABŞ Konqres üzvü Maxine Dexter orduda LGBTİ+ bayraqlarının qadağan edilməsinə qarşı çıxıb. Oreqon ştatının Üçüncü Konqres Dairəsini təmsil edən Demokrat partiyalı Dex­ter Respublikaçıların ölkənin müdafiə büdcəsinə əlavə etdiyi və Müdafiə Nazirliyinin obyektlərində LGBTİ+ bayraqlarını qadağan edən düzəlişə etiraz edib.

PinkNews-un xəbərinə görə, qanun dəyişiklikləri ilə bağlı müzakirələr zamanı trans əsgərlərə və onların ailə üzvlərinə gender keçidi ilə bağlı tibbi xidmətləri qadağan edən, həmçinin Cory Mills tərəfindən təqdim olunan LGBTİ+ bayrağı qadağasını da ehtiva edən maddələr gündəmə gəlib.

Dex­ter çıxış edərkən tribunaya kiçik bir LGBTİ+ bayrağı qoyaraq, Cory Mills-in təklifini “qəddar və qəlbsiz” adlandırıb.

“Dövlətin bağlanmasına 20 gün qalıb. Səkkiz qanunvericilik günü. Respublikaçılar nəyə fokuslanır? Bayraqlara! Qürur bayraqlarına! Respublikaçılar qiymətli Məclis vaxtını işləyən ailələrin xərclərini azaltmaq üçün istifadə oluna biləcək vaxtı bayraqlara sərf edirlər…”

Powered by Froala Editor