Project 2025 FTB-ni “trans ekstremistləri” terrorçu adlandırmağa çağırır

Project 2025-in arxasında duran sağçı lobbiçilər ABŞ-da “trans ideologiyası”nı terror təhdidi kimi tanımaq üçün Federal Təhqiqat Bürosuna müraciət ediblər. Bu barədə PinkNews xəbər verib. 

Sağ yönümlü beyin mərkəzi olan Heritage Foundation hökumət qurumunu “Transgender İdeologiyası ilə İlhamlanmış Zorakı Ekstremizm”i daxili ekstremist qruplar siyahısına əlavə etməyə çağırıb. Bu addım onların sözlərinə görə, “təhlükə hesab edilən qrupları aşkar etmək, dağıtmaq və məhv etmək” məqsədi daşıyır.

Təşkilat müraciətində sağçı şərhçi Çarli Kərk-in ölümünü “TIVE ekstremizmi” adlandırdığı nümunə kimi göstərib, baxmayaraq ki, Kərk-in ölümünün trans insanlarla və ya mövzularla bağlı olduğuna dair heç bir qəti sübut yoxdur.

31 yaşlı Kərk Yuta Vadisi Universitetində silah zorakılığı ilə bağlı debat zamanı boğazından güllələnərək öldürülüb. Hadisənin şübhəli iştirakçısı, 22 yaşlı Tayler Robinson ağırlaşdırılmış qətldə ittiham olunub və ölüm cəzası ilə üzləşə bilər.

Heritage Foundation və onun törəmə qrupu olan Oversight Project iddia edib ki, bir sıra “dəhşətli siyasi zorakılıq aktları” guya trans hüquqları adına törədilib, lakin bu iddiaya heç bir sübut təqdim etməyib.

Qurum əlavə olaraq, kifayət qədər sübut göstərmədən, əsasən xristianların guya “trans ekstremistlərin” hədəfi olduğunu irəli sürüb.

Powered by Froala Editor