Britaniya LGBTQ+ səyahətçiləri üçün tövsiyələri yeniləyib
Böyük Britaniya 2025-ci ilin Avqust ayında Azərbaycanla bağlı LGBTQ+ səyahətçiləri üçün yenilənmiş tövsiyələr yayıb
23/Sep/25
323
Britaniya Azərbaycana gələn LGBTQ+ səyahətçiləri üçün tövsiyələri yeniləyib
Böyük Britaniya 2025-ci ilin Avqust ayında Azərbaycanla bağlı LGBTQ+ səyahətçiləri üçün yenilənmiş tövsiyələr yayıb.
Böyük Britaniya hökuməti avqust ayında Azərbaycanla bağlı rəsmi səyahət məsləhətlərini yeniləyərək LGBTQ+ səyahətçilərin təhlükəsizliyinə də diqqət yetirib. Qeyd edilir ki, heç bir səyahətin tam təhlükəsizliyi təmin edilə bilməz və vətəndaşlara yola çıxmazdan əvvəl bütün mövcud mənbələrlə tanış olmaları tövsiyə olunur.
Ümumi təhlükəsizlik tövsiyələrinə əlavə olaraq, məlumatlarda LGBTQ+ səyahətçiləri, eləcə də qadınlar, əlilliyi olan şəxslər, yalnız və müstəqil səyahət edənlər və xaricdə könüllü fəaliyyət və macəra səyahətlərinə çıxanlar üçün xüsusi resurslara diqqət çəkilir.
Rəsmi qurumlar bildirirlər ki, Azərbaycanda LGBTQ+ şəxslərə qarşı ayrı-seçkilik və təhlükəsizlik riskləri qalmaqdadır və buna görə də, hazırlıqlı olmaq vacibdir. Səyahətçilərə plan qurmazdan əvvəl LGBTQ+ səyahət tövsiyələri ilə yaxından tanış olmaları tövsiyə edilir.
Powered by Froala Editor