“Heç bir sosial qrupa qarşı ayrı-seçkiliyə yol verilməməlidir”
Hüquqşünas: “Heç bir sosial qrupa qarşı ayrı-seçkiliyə yol verilməməlidir”
27/Sep/25
174
Hüquqşünas: “Heç bir sosial qrupa qarşı ayrı-seçkiliyə yol verilməməlidir”
Demokrat.az saytında yayımlanan materialda hüquqşünas Şamil Paşayev LGBTQ+ların hüquqları ilə bağlı ayrıca qanunun qəbul olunub-olunmamasının parlamentin qərarından asılı olduğunu bildirib.
Paşayevin sözlərinə görə, Konstitusiya hər bir vətəndaşın hüquqlarını bərabərlik prinsipi əsasında qoruyur və qadınların, uşaqların, LGBTQ+ların hüquqları ümumi qanunlar çərçivəsində təmin edilməlidir. Onun fikrincə, bu sahədə ayrıca qanunun qəbuluna ehtiyac olub-olmaması Milli Məclisin iradəsindən asılıdır.
Hüquqşünasın sözlərinə görə, bu LGBTQ+lara qarşı diskriminasiya problemi təkcə Azərbaycana xas deyil:
"Yetişməmiş cəmiyyətlərin çoxunda oxşar hallar müşahidə olunur. Şərq ölkələrində, İslam ölkələrində, postsovet məkanında və hətta Şərqi Avropanın bir sıra dövlətlərində də belə münasibətlər mövcuddur. Əslində, digər insanlara dini, cinsi və ya irqi mənsubiyyətinə görə ayrı-seçkilik etməmək yalnız yüksək inkişaf etmiş ölkələrdə daha geniş müşahidə olunur. Halbuki, transgenderlər də daxil olmaqla bütün sosial qruplara aid şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməlidir."
Şamil Paşayev həmçinin nifrət nitqi və düşmənçiliyə qarşı da çıxış edib:
“Cəmiyyətlər bir-birinə qarşı loyal olmalı, insanlar arasında nifrət və düşmənçilik aşılayan fikirlər nə sosial mediada, nə də mediada yayılmamalıdır. Hər kəs öz həyatını, öz təbiətinə, cinsinə, irqinə və dilinə uyğun olaraq bərabər hüquqlar və fürsətlər əsasında yaşamalıdır."
Powered by Froala Editor