Mabel Matiz üçün üç ilə qədər həbs istənib
“Perperişan” mahnısı bloklanan türkiyəli müğənniyə qarşı “ədəbsizlik” maddəsi ilə cinayət işi açılıb
04/Oct/25
73
Mabel Matiz üçün üç ilə qədər həbs istənib
“Perperişan” mahnısı bloklanan türkiyəli müğənniyə qarşı “ədəbsizlik” maddəsi ilə cinayət işi açılıb. Bu barədə Kaos GL məlumat verib.
Müğənni Mabel Matiz "Perperişan" mahnısına görə 6 aydan 3 ilə qədər həbs cəzası istənib. Prokurorluq onun müdafiəsini inandırıcı saymayıb.
Mahnı ilk dəfə sentyabrın 18-də Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin tələbi ilə bloklanıb və daha sonra ölkənin Daxili İşlər Nazirliyi Matiz-ə qarşı “ədəbsizlik” iddiası ilə cinayət işi açıb.
Ailə Nazirliyi Ankara Növbətçi Sülh Cəza Məhkəməsinə təqdim etdiyi ərizədə “mahnının məzmununun ailə institutuna xələl gətirə, uşaq və gənclərin zehni inkişafına mənfi təsir göstərə, ictimai asayişi poza və cəmiyyətdə hiddətə səbəb ola biləcəyini” iddia edib.
Matiz sentyabrın 22-də prokurorluğa ifadə verib.
Powered by Froala Editor