Avropa Komissiyası yeni bərabərlik strategiyasını qəbul edib
Avropa Komissiyası 2026–2030-cu illər üçün LGBTİQ+ Bərabərlik Strategiyasını qəbul edib
09/Oct/25
39
Avropa Komissiyası 2026–2030-cu illər üçün LGBTİQ+ Bərabərlik Strategiyasını qəbul edib
Avropa Komissiyası 2026–2030-cu illəri əhatə edən LGBTİQ+ Bərabərlik Strategiyasını təsdiqləyib. Sənədin məqsədi LGBTQİ+ bərabərliyinin Avropa İttifaqının bütün siyasətlərində təşviq edilməsidir.
Sənəddə qeyd olunur ki, son beş il ərzində LGBTQİ+ hüquqlarına ictimai qəbul səviyyəsi artsa da, bu qrupa daxil olan şəxslər hələ də nifrət, zorakılıq və ayrı-seçkilik hallarına qeyri-mütənasib və qəbuledilməz dərəcədə məruz qalırlar.
Məlumatda, hər dörd LGBTQİ+dən birinin fiziki və ya cinsi zorakılıq, şifahi təhqir və alçaldıcı rəftara məruz qaldığı diqqətə çatdırılıb.
Yeni strategiya LGBTQİ+lara qarşı nifrətlə mübarizəni gücləndirməyi, onları hər cür zorakılıqdan qorumağı, ayrı-seçkilikdən uzaq bir mühitdə bərabər hüquqlarla yaşamalarını təmin etməyi və bu istiqamətdə cəmiyyətin bütün səviyyələrində iştirakın artırılmasını qarşıya məqsəd qoyur.
Avropa LGBTQİ+ təşkilatı ILGA-Avropa strategiyanın qəbulunu müsbət addım kimi qiymətləndirərək bildirib ki, bu sənəd əhəmiyyətli olsa da, əvvəlki dövr üçün müəyyən edilmiş məqsədlərin bir hissəsi hələ tam reallaşmayıb.
Powered by Froala Editor