BƏYANAT: Nifrət motivli qətl dərhal və şəffaf şəkildə araşdırılmalıdır
Nifrət motivli qətl dərhal və şəffaf şəkildə araşdırılmalıdır
07/Nov/25
70
BƏYANAT: Nifrət motivli qətl dərhal və şəffaf şəkildə araşdırılmalıdır
4 noyabr 2025-ci ildə, Bakının Bəşir Səfəroğlu küçəsində Rüzgar çoxsaylı bıçaq zərbələri ilə amansızcasına qətlə yetirilib. Əldə edilən məlumata görə, qətli onun əmisi törədib.
Mənbələr bildirir ki, hadisə şahidləri müdaxilə etməyib və polis yalnız qətli törədən şəxsin özü zəng etdikdən sonra hadisə yerinə gəlib. Zərərçəkənə tibbi yardımın da lazımi səviyyədə göstərilmədiyi iddia olunur.
Rüzgarın kuir olduğu, qətlin isə onun seksual orientasiyası ilə bağlı nifrət motivi daşıdığı bildirilir. O, Şamaxı rayonundandır, bir müddət Türkiyədə yaşamış, lakin yaşayış icazəsinin müddəti bitdiyi üçün Azərbaycana qayıtmışdı. Məlumata görə, Rüzgar Türkiyədə olduğu vaxtdan əmisi və əmisi oğlu tərəfindən təhdid edilirmiş. Qətli törədən əmisi isə əvvəllər də həbs cəzası çəkib. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Minority Azərbaycan hökumət orqanlarını aşağıdakı addımları atmağa çağırır:
- Rüzgarın qətli ilə bağlı təcili, qərəzsiz və şəffaf istintaq aparılsın; istintaqda nifrət motivinin mövcudluğu əsas istiqamətlərdən biri kimi araşdırılsın;
- Cinayəti törədən və ya onu təşviq edən bütün şəxslər qanun qarşısında cavab versin;
- Zərərçəkmişin ailəsinə və şahidlərə qarşı təzyiq və təhdidlərə qarşı müdafiə təmin olunsun;
- Seksual orientasiya və gender kimliyinə əsaslanan nifrət cinayətlərini cinayət qanunvericiliyinə daxil edən islahatlar həyata keçirilsin;
- Dövlət orqanları anti-LGBTQİ+ nifrətini açıq şəkildə qınasın və bərabərlik prinsiplərini təşviq edən ictimai maarifləndirmə tədbirlərinə başlasın.
Azərbaycan artıq 9 ildir ki, ILGA-Avropanın Göy Qurşağı İndeksində 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşıb. 2025-ci ildə ölkənin göstəricisi cəmi 2 faiz olub.
Bu qətl hadisəsi ölkədə sistemli kuirfobiyanın, cəmiyyətdəki susqunluğun və dövlət orqanlarının laqeydliyinin təhlükəli nəticələrini bir daha göstərir. Hadisənin nifrət cinayəti kimi tanınmaması və adekvat araşdırılmaması, yaşamaq və ayrı-seçkilikdən azad olmaq hüquqlarının pozulması deməkdir.
Rüzgar üçün ədalət — Azərbaycanda nifrət cinayətlərinə son deməkdir.
Powered by Froala Editor