Ukraynalı müğənni Melovin nişanlandığını açıqlayıb

Kiyevin Maydanında çəkilmiş fotoları Melovin— Konstantin Boçarov nişanlısı ilə birlikdə öz Instagram səhifəsində paylaşıb.

“Ukraynanın azadlıq uğrunda mübarizə apardığı Maydanda mən də öz azadlığımı seçdim. Sevgi icazə istəmir. Mən “hə” dedim. LGBT insanlar — ideologiya deyil. Bu, təşkilat deyil. Onlar bizim dostlarımız, yaxınlarımız, müdafiəçilərimiz, ukraynalılardır. Döyüşdə, könüllülükdə, həyatda yanımızda olan həmin insanlardır”, — deyə o yazıb.

Müğənninin nişanlısı Pyotr Zlotyadır. O, Ukrayna Silahlı Qüvvələrində instruktor və paramedik kimi xidmət edir.

Powered by Froala Editor