Grindr Unwrapped 2025
Dünyanın ən böyük kuir platformasında 2025-ci ilin rəqəmləri açıqlanıb
20/Dec/25
36
Grindr Unwrapped 2025
Dünyanın ən böyük kuir platformasında 2025-ci ilin rəqəmləri açıqlanıb
Grindr 2025-ci ilin “Unwrapped” hesabatını dərc edib. Milyonlarla istifadəçinin il boyu tətbiqdə yaratdığı aktivlik və davranış trendləri bu dəfə də geniş statistik mənzərə təqdim edir. Platforma bildirib ki, bu il əldə olunan nəticələr istifadəçi sayının və qarşılıqlı ünsiyyətin rekord səviyyədə olduğunu göstərir.
Hesabata əsasən, 2025-ci ildə Grindr-də 135 milyard mesaj, 12,8 milyard “tap” göndərilib. Bundan başqa, müxtəlif kateqoriyalar üzrə keçirilən sorğularda 32 mindən çox istifadəçi iştirak edib. Bu isə keçən illə müqayisədə üç dəfə çoxdur.
İlin ən diqqətçəkən statistikaları
- Ən çox axtarılan profil etiketi: Hung (cinsiyyət orqanı yekə olan kişi)
- Ən çox sevilən bürc: Əqrəb – gizlilik, ehtiras və populyarlığın kombinasiyası istifadəçilərin seçimində özünü göstərib.
- Ən çox çılpaq şəkil göndərən ölkə: Finlandiya
- Ən çox açıq münasibətlərə sahib istifadəçi nisbəti: Cənubi Koreya
- Ən çox “twink” profilləri: İsveçrə
- Ayaqlara ən çox maraq göstərən ölkə: İtaliya
- Ən çox “hung bottom” payı: Fransa. ABŞ və Böyük Britaniya isə uzun fasilədən sonra ilk beşliyə qayıdıb.
- Ən çox “daddy” olduğunu iddia edənlər: ABŞ
- Profil musiqisi üzrə favorit: Cardi B – W.A.P.
- Ən çox səfər edilən şəhər (roaming): Paris
- Ən populyar “gaycation” istiqaməti: London
Pop mədəniyyəti nəticələri
2025-ci ildə Grindr yeni kateqoriyalar da təqdim edib və nəticələr kuir icmasının il boyu izlədiyi pop mədəniyyəti tendensiyaları əks etdirir:
İlin “Anası”: Lady Gaga
İlin “Anası olmaq yolunda”: Sabrina Carpenter
İlin “Daddy”si: Pedro Pascal
İlin ən cazibədar kişisi: Jonathan Bailey
İlin qız qrupu: KATSEYE
İlin albomu: Lady Gaga – Mayhem
Ən yaxşı “bulge” (kişinin cinsiyyət orqanı geyimi qabardanda): Bad Bunny-nin Calvin Klein reklamı
İlin porno ulduzu: Joey Mills
İlin viral səs effekti: Jet2holiday
Hesabat həmçinin göstərir ki, Lady Gaga-nın “Monster Ball Tour” şousu zamanı Grindr istifadəçiliyi nəzərəçarpacaq dərəcədə artıb. Konsert gecələrində aktivlik təxminən 7% yüksəlib.
Grindr-in açıqlamasına görə, bu ilin nəticələri platformadakı qlobal kuir icmasının davranış trendlərini, estetik və pop-mədəniyyəti seçimlərini daha aydın şəkildə ortaya qoyur.
Daha geniş məlumat üçün: https://www.grindr.com/unwrapped
Powered by Froala Editor