Mən insanın ruhunu sevirəm, genderini yox
“Taxt-tac oyunları”nın ulduzu Sofi Törner: “Mən insanın ruhunu sevirəm, genderini yox”, - deyir.
27/Mar/19
7673
“Taxt-tac oyunları”nın ulduzu Sofi Törner: “Mən insanın ruhunu sevirəm, genderini yox”, - deyir
“Taxt-tac Oyunları”nın ulduzu Sofi Törner keçmiş eynicinsli münasibətlərinə istinad edərək: “Mən insanın ruhunu sevirəm, genderini yox”, - dedi.
Törner Co Conas ilə nişanlı olması barədə Rolinq Stounza verdiyi müsahibədə bu şərhi ifadə edib.
"Bilirsiniz, doğru insanı tapanda bunu hiss edirsiz. Qəlbimin yaşımdan daha yaşlı olduğunu hiss edirəm. Nəyisə bilmək üçün kifayət qədər həyat yaşamışam kimi hiss edirəm. Nəyisə bilmək üçün kifayət qədər oğlanla görüşmüşəm, kifayət qədər qızla tanış olmuşam", - deyə bildirdi.
"Hər kəs sınaqlardan keçir. Bu, böyüməyin bir hissəsidir. Genderi deyil, ruhu sevirəm."
Sofi Törner: "Heç vaxt oturub seksuallıq haqqında saatlarla düşünməmişəm."
“Taxt-tac Oyunları”nda Sansanı oynayan Törner keçmişdə eynicinsli təcrübəsinin olduğunu bildirsə də, özünü nəyəsə aid etmək istəmədiyini söyləyib.