“Əlində telefonun varsa artıq təhlükədəsən”
Bu məqalə müxtəlif kuir icmaların yaşadıqları təcrübələri və rəqəmsal dünyada “təhlükəsiz” olmağın nə demək olduğuna dair narahatlıqlarını əks etdirən fikirlərə əsasında yazılıb
23/Dec/25
78
“Əlində telefonun varsa artıq təhlükədəsən”
Bu məqalə müxtəlif kuir icmaların yaşadıqları təcrübələri və rəqəmsal dünyada “təhlükəsiz” olmağın nə demək olduğuna dair narahatlıqlarını əks etdirən fikirlərə əsasında yazılıb. Texnologiya və sosial media əlaqə, görünürlük və bəzən həmrəylik təklif etsə də, kuirləri bəzən fiziki məkanlarda hiss olunan təhdid və təhlükəsizliklər qədər yeni risklərə məruz qoyur.
Hər hansı bir məsələni şikayət etmək yetərli deyil…
Rəqəmsal təhlükəsizlik kuir icma üçün sadə bir problem deyil - çox vaxt icmanın göründüyünü, dəstəkləndiyini və ya təhlükə altında olduğunu hiss edib-etmədiyinə qərar verir. İştirakçılardan biri aciz reallıq haqda danışdı:
“Məişət zorakılığı və ya femisid hadisəsi baş verdikdə, bu məsələni birbaşa şikayət etmək çox da kömək etmir. Lakin insanlar bu barədə sosial mediada paylaşmağa başladıqdan sonra populyarlıq qazanır və yalnız bundan sonra məsələ ciddi qəbul edilir.”
Onlayn platformalar bəzən vacib məsələləri səsləndirə bilər, lakin onlar həm də insanları qisas almağa çağırır. Məsələn, ayrılıqlar onlayn təcavüzə səbəb ola bilər. “Kişilər keçmiş sevgililərinin adı altında saxta profillər açır və ekslərinin şəxsi şəkillərini paylaşmağa başlayırlar.” Kuir qadınlar üçün həm qadın, həm də kuir olmağın ikiqat həssaslığı bu rəqəmsal zorakılığı daha da ağırlaşdırır.
Nəzarətdə Yaşamaq
Çoxları telefon gəzdirməyin özünün belə riskli olduğu ilə razılaşdı. “Telefonunuzda hansı cür məlumat və ya informasiya olduğu haqda daimi narahatıq, çünki polis tərəfindən telefonun ələ keçirilmə ehtimalı həmişə var. İşdi nəsə baş versə, polisin ilk istədiyi şey telefonlarımızdır.”
Evdən çıxmazdan əvvəl tanışlıq tətbiqlərini, şəkil və ya mesajları silmək icma üçün özünümüdafiə ritualına çevrilir. Lakin narahatlıq bununla da bitmir: “Telefonumuz olduqdan sonra artıq təhlükəsiz deyilik. Bizi harda olduğumuzu çox asanlıqla tapmaq mümkündür. Bu, ölkəmizdə reallıqdır.”
Bəzi iştirakçılar hətta həll yolları təklif etdilər: “Kömək edə biləcək praktikalardan biri şəhərdə daha çox kameranın olmasıdır (kamera atında kiməsə illeqal nəsə etmık daha çətindir) - və ya kimsə harada olduğunuzu bilməsi üçün yerinizi dərhal göndərmə düyməsi olan bir tətbiq.” Lakin hətta bu təkliflər belə ziddiyyətlidir: texnologiya həm qorunma yoludur, həm də icmanı təhlükə altına salır.
Nifrət Nitqi və İctimai Rəyin Ağırlığı
Rəqəmsal təhlükəsizliksizlik yalnız izlənilmə və ya haker hücumu kimi məsələlərlə bağlı deyil - ifşalanmaq bir digər böyük problemdir. “Açıq şəkildə nifrət nitqi yayan və kuirlər haqqında ictimai rəy formalaşdıran məşhur sosial media fiqurları var.”
Hətta kuir influenserlər özləri də daim təhlükədədir. Kuirlərin bir çox şəxsi və ya intim videoları tez-tez razılıq olmadan mediaya sızdırılır və ya yenidən paylaşılaraq ictimai marağa ac yerli media platformaları tərəfindən klikbeyt kimi istifadə olunur. İştirakçılardan birinin qeyd etdiyi kimi, “İcmamız ictimaiyyətə çox mənfi formada ifşa olunur və bu, rəqəmsal təhlükəsizliklə bağlıdır.”
İştirakçılar arada qalıb: sosial mediada görünən olmaq irəliləyiş gətirə bilər, lakin eyni zamanda icmanı təqib və təzyiqlərə məruz qoyur. “Əgər kuirlər daha “ənənəvi” görünsə, çox seksual özlərini ifadə etməsə, və səs-küylü məzmun hazırlamasa və əvəzində daha informativ və ya sadə görünsələr, cəmiyyət və izləyicilər bizi daha pozitiv qiymətləndirməyə başlayır.” Lakin bir çox iştirakçı bu fikirlə razılaşmadı: “Biz icmanın cəmiyyətin gözləntilərinə uyğunlaşmasını istəmirik.”
Qadınların Dəstəyi və Məhdudiyyətlər
İştirakçılar qadınların internetdə daha çox həmrəylik nümayiş etdirdiyini müşahidə edib. Biri əlavə edir: "Qadınlar kuir məsələləri ilə bağlı daha çox müsbət şərhlər verir". Lakin digərləri bununla razılaşmayıb. 8 Mart qadın yürüşləri zamanı bəzi qadınlar sosial platformalarda qadın bərabərsizliyi söhbətini danıb və hətta qurbanları günahlandırıblar. "Femisid baş verdikdə, hələ də bəzi qadınların "Allah bilir nə edib - bəlkə də buna layiq idi" deyə şərh verdiyini görürük."
Səmimi dəstəkçilər və mütəşəkkil trolları ayırd etmək bəzən çətinləşir. Bir çox iştirakçı trolların şərh bölmələrinə qəsdən daxil olaraq nifah və nifrət yaratmaq üçün "ənənəvi qadın" obrazına girdiklərini şərh edib.
Populizm və Görünürlük
Son zamanlar bəzi proqressiv görünən media platformaları işlərində kuir qonaqları dəvət etməyə başlayıb. İlk baxışdan bu, irəliləyiş kimi görünür. "Bu, məlumatlılığın artırılmasına kömək edir", - iştirakçılardan biri etiraf edib. Lakin məsələ şübhəlidir.
"Bu platformalar sağçı sima və ya şirkətlər tərəfindən dəstəklənir - hansı ki, elə icmamızın problemlərinə səbəb olan əsas qüvvələr onlardır. Onların kuir hüquqları ilə bağlı səmimi və real mövqeyi yoxdur. Dəvət etdikləri qonaqlara heç bir təhlükəsizlik zəmanət vermirlər. Verilişlərdən sonra isə özlərini açıq şəkildə ifşa edən kuir qonaqlar üçün real dünyada real risklər var."
Digər bir iştirakçı qeyd edib ki, kuir təmsilçiliyi diqqətlə seçilir. "Medialar daha "uyğun" fiqurları seçir. Bu, icmanın əsl reallıqlarını əks etdirmir." Bəzi iştirakçılara görə, bu kurasiya olunmuş görünürlük irəliləyişdir - "insanlar icmadan yaxşı nümunələr görürlər" - lakin digərləri üçün bu, reqressiya kimi görünür. "Əslində 2000-ci illərin əvvəllərində televiziyada translar görünür idi."
Bəziləri qeyd edib ki, bir vaxtlar daha təhlükəsiz görünən incəsənət platforma və icmaları da artıq senzuralar tətbiq etməyə başlayıb. Çılpaqlıq, kuir kimlik və ya ənənəvi dəyərlərə qarşı mövzular getdikcə daha çox qadağan və senzura olunur.
Ümid və Etibarsızlıq Arasında Qalmaq
İştirakçıların söhbəti ehtiyatlı nikbinlik və dərin inamsızlıq arasında bir uçurum olduğunu ortaya qoydu. Bəzi iştirakçılar mükəmməl formada olmasa belə görünürlüyün, hələ də irəliləyiş olduğunu düşünür. Digərləri isə bunu simvolik, populist və nəticə etibarilə təhlükəli hesab edir.
Lakin bütün iştirakçılar bir ortaq reallıqla razılaşdı: rəqəmsal məkanlar ikitərəfli oxdur. Onlayn məkanlar bizə kuir hekayələri üçün bir platforma verə bilər, lakin eyni zamanda icmanı ifşa edə, təhlükəyə ata və susdura da bilər.
İştirakçılardan birinin sözləri ilə desək, "Ümumiyyətlə, telefonunuz olduqdan sonra artıq təhlükəsiz deyilsiniz." Bu dadsız həqiqət kuirlərin onlayn həyatlarını necə yaşadıqlarını formalaşdırır - əlaqəni ehtiyatla, görünürlüyü həssaslıqla və tərəqqini təhlükə ilə tarazlaşdırır.
Powered by Froala Editor