Christina Chang-dan valideynlər üçün güclü mesaj
Heated Rivalry serialında rol alan Christina Chang, LGBTQİ+ uşaqların valideynlərinə ünvanlanan ilhamverici mesajı ilə diqqət çəkib
02/Jan/26
65
Christina Chang-dan valideynlər üçün güclü mesaj
Heated Rivalry serialında rol alan Christina Chang, LGBTQİ+ uşaqların valideynlərinə ünvanlanan ilhamverici mesajı ilə diqqət çəkib.
Aktrisa Variety nəşrinə verdiyi müsahibədə serialın çox gözlənilən birinci mövsüm finalında Shane (Hudson Williams) ilə çəkilən təsirli səhnələrdən və obrazının tamaşaçıya hansı enerjini ötürməsini istədiyindən danışıb.
“İstədim ki, o səhnədə məsələ onun özü olmasın. Çölə çıxanda nə deyəcəyini bilmirsən — bir anlıq sükut yaranır. Səhnəni oxuyanda çox kövrəldim və o gündən bəri bu hiss məni tərk etməyib,” — deyə Chang bildirib.
Chang həmçinin övladının açılma (coming-out) anını yaşayan valideynlər üçün tövsiyələrini də bölüşüb:
“Övladınıza olan sevginiz və onun rifahı hər şeydən üstündür. Qoruma anlayışı hər kəs üçün fərqli ola bilər, amma sevmək və qorumaq — onları olduqları kimi görmək və qəbul etməkdir.”
Aktrisa əlavə edib ki, bir uşaq bu həqiqəti valideyni ilə bölüşməyə cəsarət edirsə, bu yolun asan olmadığını anlamaq vacibdir:
“Əgər övladınız sizə bunu deməyə cəsarət edibsə, bilin ki, bu, onun üçün çox çətin olub. Ona görə də, onu bu cəsarətinə görə sevin və hər şeyi birlikdə aşın.”
Powered by Froala Editor