Avroviziya 2026 yarımfinal püşkatmasının nəticələri açıqlanıb
Yanvarın 12-də 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin yarımfinalları üzrə ölkələrin bölgüsünü müəyyənləşdirən rəsmi püşkatma mərasimi keçirilib
14/Jan/26
93
Avroviziya 2026 yarımfinal püşkatmasının nəticələri açıqlanıb
Yanvarın 12-də 2026-cı il Avroviziya Mahnı Müsabiqəsinin yarımfinalları üzrə ölkələrin bölgüsünü müəyyənləşdirən rəsmi püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, iştirakçı ölkələrin Birinci və İkinci yarımfinalda, həmçinin həmin yarımfinalların hansı hissəsində çıxış edəcəkləri bəlli olub.
Birinci yarımfinalın birinci hissəsində Gürcüstan, Portuqaliya, Xorvatiya, İsveç, Finlandiya, Moldova və Yunanıstan yer alıb. İkinci hissədə isə Monteneqro, Estoniya, San Marino, Polşa, Belçika, Litva, Serbiya və İsrail çıxış edəcək.
İkinci yarımfinalın birinci hissəsində Ermənistan, Rumıniya, İsveçrə, Azərbaycan, Lüksemburq, Bolqarıstan və Çexiya səhnəyə çıxacaq. İkinci hissədə isə Albaniya, Danimarka, Kipr, Norveç, Malta, Avstraliya, Ukrayna və Latviya mübarizə aparacaq.
Püşkatma ilə yanaşı, müsabiqənin avtomatik finalçıları olan “Böyük dördlük” ölkələrinin və ev sahibi Avstriyanın yarımfinallarda səsvermədə iştirak edəcəyi mərhələlər də müəyyən edilib. Almaniya və İtaliya Birinci yarımfinalda səs verəcək. Fransa, Birləşmiş Krallıq və Avstriya isə İkinci yarımfinalda səsvermədə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan 14 may tarixində İkinci yarımfinalın birinci hissəsində çıxış edəcək. Avroviziya Mahnı müsabiqəsi bu il Avstriyanın paytaxtı Vyanada keçiriləcək.
Powered by Froala Editor