“Uşaqları LGBT-dən qoruduğunu” deyirdi — əslində, uşaqları ondan qorumaq lazım imiş

ABŞ-da özünü “uşaqları LGBT-dən qoruyan” siyasətçi kimi təqdim edən keçmiş deputat uşaq cinsi istismarı materiallarının yayılmasına görə uzunmüddətli həbs cəzasına məhkum edilib. Hadisə bir daha göstərib ki, “əxlaq müdafiəçisi” kimi çıxış edən fiqurların özləri çox zaman real təhlükə mənbəyinə çevrilirlər.

Cənubi Karolina Ştat Nümayəndələr Palatasının sabiq üzvü Robert John May III (RJ May) yanvarın 14-də uşaq pornoqrafiyasının yayılması ilə bağlı təqsirli bilinərək 17,5 il azadlıqdan məhrum edilib. Bu barədə ABŞ mediası məlumat yayıb.

Məhkəmə qərarına əsasən, RJ May həbsdən sonra 20 il müddətinə ciddi nəzarət altında saxlanılacaq, səkkiz zərərçəkmişə ümumilikdə 58 500 ABŞ dolları məbləğində təzminat ödəyəcək və ömürlük cinsi cinayətkarlar reyestrinə daxil ediləcək.

RJ May deputat olduğu dövrdə LGBTQİ+ icmasına qarşı sərt mövqeyi ilə tanınıb. O, gender adaptasiyası tibbi xidmətinə qarşı çıxıb, transların idmanda iştirakını hədəfə alıb, drag performanslarının qadağan edilməsini tələb edib. 2022-ci ildə isə ultra-mühafizəkar fəalların tədbirlərində spiker kimi çıxış edərək “LGBT-nin qadağan olunmasını” açıq şəkildə “uşaqların təhlükəsizliyi” ilə əsaslandırmışdı.

İstintaq materiallarına görə, RJ May 2025-ci ilin sentyabrında öz təqsirini etiraf edib. Prokurorluq onun paylaşdığı materialların uşaqlara qarşı seksual zorakılıq təsvirləri olduğunu bildirib.

Powered by Froala Editor