Nyu-York meri Zohran Mamdani-nin tövsiyəsindən sonra Heated Rivalry kitabına maraq kəskin artıb

Nyu-York şəhərinin meri Zohran Mamdani-nin tövsiyəsindən sonra Rachel Reid-in məşhur kuir xokkey roman seriyası Heated Rivalry Nyu-York İctimai Kitabxanasında rekord sayda yüklənib. Hadisə yanvarın 25-də şəhəri əhatə edən güclü qar fırtınası fonunda baş verib.

Mamdani bazar günü keçirdiyi mətbuat konfransında sakinləri hava şəraiti səbəbilə evdə qalmağa çağırıb və vaxt keçirmək üçün kitabxananın elektron və audio formatda pulsuz təqdim etdiyi Heated Rivalry seriyasını tövsiyə edib. Onun sözləri mətbuat konfransında gülüşlə qarşılanıb.

New York İctimai Kitabxanasının sözçüsü Lizzie Tribone-nun verdiyi məlumata görə, merin bu tövsiyəsindən sonra kitabın yüklənmə sayı 549 faiz artıb. Yükləmələrin 86 faizi məhz Mamdani-nin açıqlamasından sonra qeydə alınıb.

Kitabxana yanvarın 24-dən etibarən Rachel Reid-in altı kitabdan ibarət seriyasını öz tətbiqi üzərindən limitsiz rəqəmsal nüsxə ilə istifadəyə verib. O vaxtdan bəri Heated Rivalry roman seriyasının ümumi yüklənmə sayı isə 13 mini keçib.

Kitabxana nümayəndələri bildirir ki, marağın yaxın günlərdə daha da artacağı gözlənilir. Hadisə açıq kuir mövzulu ədəbiyyatın əsas ictimai institutlar tərəfindən görünənlik qazanmasının nadir və diqqətçəkən nümunəsi kimi qiymətləndirilir.

Powered by Froala Editor