Rüzgarın qətli üzrə keçirilən məhkəmədə təqsirləndirilən əmi ifadə verib

Fevral ayının 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Yasin İbadovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə mərhumun əmisi, təqsirləndirilən Babək İbadov ifadə verərək hadisənin detallarını danışıb.

Lent.az xəbər verir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən iclasda Babək İbadov 2025-ci il noyabrın 6-da Səbail rayonu, Bəşir Səfəroğlu küçəsində baş verən hadisə zamanı Yasini bıçaqladığını etiraf edib. O, mərhumun gender kimliyini sonradan öyrəndiyini iddia edib və ifadəsində translara qarşı açıq-aşkar stiqmalaşdırıcı  və zorakılığı əsaslandıran fikirlər səsləndirib.

Məhkəmədə dindirilən şahidlər hadisədən əvvəl Yasinin Türkiyəyə getməsi, ailə üzvlərinin onu “tapıb geri qaytarmaq” cəhdləri və hadisə günü baş verənlər barədə məlumat veriblər. Şahid ifadələrində də trans kimliyə qarşı düşmən münasibət açıq şəkildə hiss olunub. Minority Azərbacyan bildirir ki, bu cür bəyanatlar məhkəmə tərəfindən fakt kimi deyil, zorakılığı normallaşdıran transfob yanaşmalar kimi qiymətləndirilməlidir.

İş materiallarına görə, 2006-cı il təvəllüdlü Yasin İbadov 2025-ci il noyabrın 6-da çoxsaylı bıçaq xəsarətləri alaraq öldürülüb. Hadisədən sonra 38 yaşlı Babək İbadov saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.2 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.4, 221.3 və 228.5-ci maddələri ilə ittiham irəli sürülüb. Növbəti məhkəmə iclası 23 fevral saat 11:20-yə təyin edilib.

Bu iş Azərbaycanda trans və gender müxtəlifliyinə malik insanların üzləşdiyi zorakılıq və cəzasızlıq risklərini gündəmə gətirir. Hüquq-mühafizə və məhkəmə orqanlarının bu kimi ağır cinayətlərə münasibətdə obyektiv araşdırma aparması, transfob motivlərin düzgün qiymətləndirilməsi və zərərçəkənlərin ləyaqətinin qorunması insan hüquqları baxımından həlledici əhəmiyyət daşıyır.


Yerli kuir medianın əhəmiyyəti və necə dəstək ola bilərsiniz

Cənubi Qafqaz və xüsusilə Azərbaycan kimi regionlar üçün müstəqil kuir media lüks deyil — həyati zərurətdir. Əsas media çox vaxt kuir təcrübələri ya görməzdən gəlir, ya da təhrif edir, rəsmi mənbələr isə onları ümumiyyətlə istisna edir. Məhz bu boşluğu Minority Azərbaycan doldurur: ingilis və Azərbaycan dillərində araşdırma jurnalistikası, şəxsi təcrübə hekayələri, kontekstual analiz və maarifləndirici məzmun istehsal edir.

Əgər real təcrübələrə söykənən, ekspert baxışı və cəsarətli jurnalistika ilə seçilən müstəqil kuir mediaya dəyər verirsinizsə, Minority Azərbaycanı Patreon vasitəsilə dəstəkləmək haqqında düşünün. Abunəliklər məqalələrin, multimedia hekayələrinin, icma reportajlarının və başqa cür işıq üzü görməyəcək hüquq-yönlü jurnalistikanın maliyyələşdirilməsinə imkan yaradır. Ayda cəmi 3 avro dəstəyiniz, görünənliyin özünün belə riskli olduğu mühitlərdə azərbaycanlı kuir səslərin eşidilməsini mümkün edir.

Müstəqil LGBTQİ+ medianı bu gün dəstəkləyin —

Minority Azərbaycan Patreon abunəçisi olun.

Powered by Froala Editor