Əmək Haqqı Ev Təsərrüfatına Qarşı

Silvia Federici

1974

Onlar buna sevgi deyir. Biz deyirik ki, bu ödənişsiz əməkdir.

Onlar buna soyuqluq deyir. Biz buna işəgəlməmə deyirik.

Hər düşüş iş qəzasıdır.

Homoseksuallıq və heteroseksuallıq hər ikisi də iş şəraitidir... lakin homoseksuallıq istehsalın işçilər tərəfindən idarə edilməsidir, işin sonu deyil.

Daha çox gülümsəmə? Daha çox pul. Heç nə gülümsəmənin sağaldıcı fəzilətlərini məhv etməkdə bu qədər güclü olmayacaq.

Nevrozlar, intiharlar, deseksualizasiya: ev qadınının peşə xəstəlikləri.

Qadınların ev təsərrüfatı üçün əmək haqqını müzakirə edərkən ifadə etdikləri çətinliklər və qeyri-müəyyənliklər çox vaxt onların ev təsərrüfatı üçün əmək haqqını siyasi bir perspektiv kimi deyil, bir nəsnə, bir toplu pul kimi qəbul etmələrindən irəli gəlir. Bu iki mövqe arasındakı fərq böyükdür. Ev təsərrüfatı üçün əmək haqqını perspektiv deyil, bir nəsnə kimi görmək mübarizəmizin son nəticəsini mübarizənin özündən ayırmaq və kapitalist cəmiyyətdə qadınların həbs edildiyi rolun mistifikasiyasını aradan qaldırmaq və alt-üst etmək baxımından onun əhəmiyyətini qaçırmaq deməkdir.

Ev təsərrüfatı üçün əmək haqqına bu reduksionist baxışla yanaşdıqda özümüzə sual verməyə başlayırıq: bir az daha çox pul həyatımızı necə dəyişdirə bilər? Hətta qəbul edə bilərik ki, ev işi və evlilikdən başqa seçimi olmayan bir çox qadın üçün bu, həqiqətən, çox şeyi dəyişdirərdi. Lakin görünür, başqa seçimləri olan bizlər üçün – peşəkar iş, maarifçi ərin olması, kommunal yaşam tərzi, gey münasibətlər və ya bunların birləşməsi – bu, çox da böyük fərq yaratmazdı. Bizim üçün iqtisadi müstəqilliyə nail olmağın başqa yolları var, güman ki, son istədiyimiz ev qadını kimi özümüzü tanımlamaqdır – hamımızın razı olduğu kimi, bu tale, ölümdən betərdir. Bu mövqenin problemi ondadır ki, xəyalımızda adətən indi sahib olduğumuz pis həyata bir az pul əlavə edirik, sonra da soruşuruq, bəs nə olur? bu uydurma fərziyyə ilə ki, biz o pulu heç vaxt bununla eyni vaxtda – onun uğrunda mübarizə prosesində – bütün ailə və sosial münasibətlərimizi inqilabi dəyişikliyə uğratmadan ala bilmirik. Lakin ev təsərrüfatı üçün əmək haqqını siyasi perspektiv kimi qəbul etsək, görərik ki, bunun uğrunda mübarizə aparmaq həyatımızda və qadın kimi sosial gücümüzdə inqilab yaradacaq. Həmçinin aydındır ki, əgər o pula "ehtiyacımız" olmadığını düşünürüksə, bunun səbəbi həmin ehtiyacı gizlətmək üçün pul əldə etdiyimiz bədən və ağıl fahişəliyinin xüsusi formalarını qəbul etməyimizdir. Göstərməyə çalışacağım kimi, ev təsərrüfatı üçün əmək haqqı yalnız inqilabi bir perspektiv deyil, feminist baxış açısından və bütün işçi sinfi üçün yeganə inqilabi perspektivdir.

Sevgi Əməyi

Ev işindən danışarkən digər işlər kimi bir işdən danışmadığımızı tanımaq vacibdir; biz kapitalın hər hansı bir işçi sinfi bölməsinə qarşı həyata keçirdiyi ən geniş yayılmış manipulyasiyalardan, zorakılığın ən hiss edilməyən və ən mistifikasiya edilmiş formalarından birindən danışırıq. Doğrudur, kapitalizm altında hər işçi manipulyasiyaya məruz qalır, istismar edilir və onun kapitalla münasibəti tamamilə mistifikasiya edilmiş vəziyyətdədir. Əmək haqqı ədalətli bir sövdələşmənin görüntüsünü yaradır: siz işləyirsiniz və ödəniş alırsınız, beləliklə siz və iş sahibiniz bərabərsiniz; halbuki əmək haqqı, gördüyünüz işi ödəmək əvəzinə, mənfəətə gedən bütün ödənişsiz işi gizlədilir. Lakin əmək haqqı ən azından sizin bir işçi olduğunuzu tanıyır və siz bu əmək haqqının şərtləri və miqdarı, bu işin şərtləri və miqdarı ətrafında danışıqlar və mübarizə apara bilərsiniz. Əmək haqqına sahib olmaq sosial müqavilənin bir parçası olmaq deməkdir və onun mənası barədə heç bir şübhə yoxdur: siz işləyirsiniz, onu sevdiyiniz üçün deyil, ya da sizə təbii gəldiyi üçün deyil, işləyirsiniz çünki bu, yaşamağa icazə verilən yeganə şərtdir. Lakin istismar edilmiş olsanız da, siz o iş deyilsiniz. Bu gün poçtalyonsunuz, sabah taksi sürücüsü. Yalnız vacib olan odur ki, o işin nə qədərini görməli və o pulun nə qədərini əldə edə biləcəksinizdir.

Lakin ev işi vəziyyəti keyfiyyət baxımından fərqlidir. Fərq ondadır ki, ev işi qadınlara təkcə tətbiq edilməmiş, eyni zamanda qadın fiziologiyamızın və şəxsiyyətimizin təbii bir atributuna, daxili bir ehtiyaca, guya qadın xarakterimizin dərinliklərindən gələn bir arzuya çevrilmişdir. Ev işinin kapitalın qadınlara yönəlik sxeminin əvvəlindən ödənişsiz saxlanmaq üçün nəzərdə tutulduğuna görə sosial müqavilə olaraq tanınmaq əvəzinə, təbii bir atributa çevrilməsi lazım idi. Kapital ödənişsiz işimizi qəbul etməmiz üçün bizi onun təbii, qaçılmaz və hətta məmnunedici bir fəaliyyət olduğuna inandırmalı idi. Öz növbəsində, ev işinin ödənişsiz şərtləri ev işinin iş olmadığı ümumi fərziyyəsini möhkəmləndirməkdə ən güclü silah olmuşdur, beləcə qadınların buna qarşı mübarizə aparmasını – bütün cəmiyyətin lağa qoymağa razı olduğu özəlləşdirilmiş mətbəx-yataq otağı mübahisəsi istisna olmaqla– maneə etmişdir, bu da mübarizənin baş qəhrəmanını daha da kiçiltmişdir. Biz mübarizə aparan işçilər kimi deyil, əsəbi qancıqlar kimi görülürük.

Yenə də ev qadını olmağın nə qədər "təbii" olduğu ödənişsiz bir ananın gündəlik öyrədişi ilə – bir qadını bu rol üçün hazırlamaq, onu uşaqların və ərin həyattan gözləyə biləcəyi ən yaxşı şey olduğuna inandırmaq üçün - həyata keçirilən ən azı iyirmi illik sosiallaşma tərəfindən sübuta yetirilir. Buna baxmayaraq, çətinliklə müvəffəq olur. Nə qədər yaxşı hazırlanmış olsaq da, gəlin red- toy) günü bitəndə və özlərini çirkli bir əl-üz yuyanın qarşısında tapanda özlərini aldadılmış hiss etməyən qadın azdır. Bir çoxumuzda hələ də sevgi üçün evləndiyimiz illüziyası var. Bir çoxumuz pul və təhlükəsizlik üçün evləndiyimizi qəbul edirik; lakin artıq aydınlaşdırma zamanıdır - ki ortada sevgi və ya pul çox az olsa da, bizim üçün gözləyən iş çoxdur. Buna görə, yaşlı qadınlar həmişə bizə deyir: "Nə qədər ki, bacarırsan, azadlığının həzzini al, istədiyini indi al..." Lakin həyatın ən erkən günlərindən intizamlı, itaətkarlıq, asılı olmağa alışdırılmış və ən əsası, özünü qurban etmək, hətta bundan zövq almağa təşviq edilmisinizsə, hər hansı bir azadlığın həzzini almaq demək olar ki, mümkünsüzdür. Bəyənmirsinizsə, bu sizin probleminizdir, sizin uğursuzluğunuzdur, sizin günahınızdır, sizin anormallığınızdır.

Etiraf etməliyik ki, kapital işimizi gizlətməkdə çox müvəffəqiyyətli olmuşdur. O, qadınların hesabına əsl bir şah əsəri yaratmışdır. Ev işini əmək haqqından məhrum edərək onu sevgi aktına çevirməklə kapital bir daşla bir çox quş vurmuşdur. Hər şeydən əvvəl, çox miqdarda işi demək olar ki, pulsuz almış, üstəlik qadınların buna qarşı mübarizə aparmaq əvəzinə, bu işi həyatın ən yaxşı şeyi kimi axtarmasını (sehrli sözlər: “Bəli, əzizim, sən əsl qadınsan”) təmin etmişdir. Eyni zamanda, kişi işçini də intizamlandırmışdır; “onun” qadınını onun işindən və əmək haqqından asılı edərək onu bu intizamda tutmuş və fabrikdə, ya ofisdə o qədər xidmət etdikdən sonra ona bir qulluqçu vermişdir. Əslində, qadın kimi rolumuz, "işçi sinfinin", yəni kapitalın daha çox sosial güc verməyə məcbur olduğu proletaryatın o təbəqələrinin ödənişsiz, lakin xoşbəxt, hər şeydən əvvəl sevən qulluqçuları olmaqdır. Allah Həvvanı Adəmə zövq vermək üçün necə yaradıbsa, kapital da ev qadınını kişi işçiyə fiziki, emosional və seksual xidmət göstərmək üçün yaradıb – onun uşaqlarını böyütmək, corablarını tikmək, fabrik, ya cəmiyyət münasibətlərdə (bunlar tənhalıq münasibətləridir) əzilən eqosunu yamamaq üçün. Qadının kapital üçün yerinə yetirməli olduğu fiziki, emosional və seksual xidmətlərin məhz bu xüsusi birləşməsi ev qadınının onu bu qədər ağır yüklü edən, eyni zamanda görünməz edən xüsusi qulluqçu xarakterini yaradır. Kişilərin çoxunun ilk işlərini aldıqları anda evlənməyi düşünməyə başlaması təsadüf deyil. Bu, təkcə indi buna imkanları çatdığı üçün deyil, həm də evdə sizə qayğı göstərən birinin olması, montaj xəttində və ya masada keçirdiyiniz bir gündən sonra dəli olmamağın yeganə şərtidir. Hər qadın həqiqi qadın olmaq və uğurlu bir evlilik yaşamaq üçün bunu etməli olduğunu bilir. Bu vəziyyətdə də ailə yoxsul olduqca qadın daha çox kölə olur, yalnız pul vəziyyəti səbəbindən deyil. Əslində, kapitalın orta sinif üçün bir, proletariyat ailə üçün başqa siyasəti var. İşçi sinifi ailəsindəki heç inkişaf etməmiş maşizmi tapmaq heç də təsadüf deyil: kişi iş yerində nə qədər çox zərbə alsa, arvadı da bir o qədər çox zərbəni qəbul etməyə öyrəşməli, kişi qadının hesabına eqosunu bərpa etməyə bir o qədər çox imkan tapmalıdır. İşinizdən məyus olanda və ya həddindən artıq yorulanda, yaxud mübarizədə məğlub olanda (fabrikə getməyin özü məğlubiyyətdir) arvadınızı döyür və qəzəbinizi ona qarşı tökürsünüz. Kişi nə qədər çox xidmət edirsə, nə qədər çox əmr alırsa, o qədər çox hökmrandır. Kişinin evi onun qalasıdır... və arvadı kişinin əhval-ruhiyyəsi pozulanda səssizcə gözləməyi, kişi əsəbiləşib dünyaya söyüş söyəndə onu özünə gətirməyi, kişi "Bu gecə çox yorğunam" deyəndə yataqda üzürü çevirməyi öyrənməli və ya bir qadının dediyi kimi, sevişəndə o qədər sürətlə sevişir ki, bunu mayonez bankası ilə də edə bilər. (Lakin qadınlar həmişə onlara qarşı mübarizə aparmağın və ya cavab verməyin yollarını tapıblar, amma həmişə təcrid olunmuş və özəlləşdirilmiş şəkildə. Problem isə bu mübarizəni mətbəxdən və yataq otağından küçələrə necə çıxarmaqdadır.)

Sevgi və evlilik adı altında gizlənən bu saxtakarlıq, evli olmadığımız halda belə hamımıza təsir edir, çünki ev işi bir dəfə tamamilə təbiilləşdirillr və seksuallaşdırılırsa, feminin atributu halına gəlirsə, qadın olaraq hamımız onunla xarakterizə edilirik. Əgər müəyyən şeylər etmək "təbii"dirsə, bütün qadınlardan bunu etməsi, hətta bundan zövq alması gözlənilir – hətta sosial vəziyyətlərinə görə həmin işin bir hissəsindən və ya çox hissəsindən qaça bilən qadınlar belə (ərləri qulluqçu, terapevt və digər istirahət və əyləncə növlərini ödəyə bilirlər). Biz bircə kişiyə xidmət etməmiş ola bilərik, lakin hamımız bütün kişi dünyasına nisbətdə bir qulluqçu münasibətindəyik. Buna görə qadın adlandırılmak belə alçaldıcı, aşağılayıcıdır. (“Gülümsə, əzizim, sənə nə olub?” – bu, hər bir kişinin səndən soruşmağa haqqı olduğunu hiss etdiyi bir sualdır, istər ərin, istər qatarda bilet yoxlayan kişi, istərsə də işdəki müdirin olsun.)

Powered by Froala Editor