21 yaşlı kuir şəxs 30 sutkalıq həbs cəzasına məhkum edilib
TikTok və Instagram paylaşımlarına görə 21 yaşlı şəxs 30 sutkalıq həbs cəzasına məhkum edilib
14/Mar/26
25
TikTok və Instagram paylaşımlarına görə 21 yaşlı şəxs 30 sutkalıq həbs cəzasına məhkum edilib
Bakıda yaşayan və kuir olduğu bildirilən vətəndaş sosial şəbəkələrdə paylaşdığı məzmuna görə inzibati məsuliyyətə cəlb edilib.
13 mart 2026-cı il tarixində Patrulaz.az saytının "Qafqazinfo"ya istinadən yaydığı məlumata görə, Bakının Nəsimi rayonunda yaşayan, 2005-ci il təvəllüdlü M.Məmmədov (tam adı açıqlanmayıb) polis tərəfindən saxlanılaraq 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib. Rəsmi açıqlamada onun TikTok və Instagram hesablarında "cinsi azlığı və əxlaqsızlığı təbliğ edən" videolar paylaşdığı, pul müqabilində "intim xidmətlər" təklif etdiyi və "əxlaqsız yazışmalar" apardığı iddia olunur. İş İnzibati Xətalar Məcəlləsinin fahişəliklə məşğul olmağı (524-cü maddə) və "xırda xuliqanlığı" (510.2-ci maddə) tənzimləyən maddələri əsasında rayon məhkəməsinə göndərilib.
Rəsmi açıqlamada M.Məmmədovun seksual oriyentasiyası və ya gender kimliyi birbaşa qeyd edilmıəyib. Lakin "cinsi azlığın təbliği" ifadəsinin "əxlaqsızlıq" ittihamı ilə eyni cümlədə işlədilməsi diqqəti çəkib. Bu tip formulyasiyalar kuir kimliyi özlüyündə hüquqi və mənəvi bir problem kimi çərçivəyə salır. Belə bir dil kuirləri görünən hədəflərə çevirir, hətta konkret bir fəaliyyətin deyil, sadəcə görünür olmanın özü cinayət əlaməti kimi təqdim edilə bilir.
İşin rəqəmsal müstəvidə cərayan etməsi, yəni TikTok və Instagram hesablarının izlənməsi, yazışmaların sübutlaşdırılması Azərbaycanda kuir insanların onlayn fəaliyyətinin nə dərəcədə nəzarət altında olduğunu göstərir.
Azərbaycanda eynicinsli münasibətlər qanunla qadağan edilməsə də, kuir insanlar sistemli şəkildə təzyiqlə üzləşir.
Powered by Froala Editor