Minority Azərbaycan Avropa-miqyaslı Bi+ təşkilatının ilk üzvlərindən biri olub

Azərbaycan kuir hüquqları təşkilatı Minority Azərbaycan 2026-cı ilin fevralında Avropa-miqyaslı bi+ çətir təşkilatı Bi+ Equal-ın ilk təşkilati üzvlərindən biri kimi rəsmi qeydiyyata alınıb.

2026-cı ilin fevralında Minority Azərbaycan tarixdə ilk pan-Avropa bi+ çətir təşkilatı olan Bi+ Equal-ın ilk təşkilati üzvləri sırasına qatılıb. Bi+ Equal 9 fevral 2026-cı ildə Niderlandın Ticarət Palatasında rəsmi qeydiyyatdan keçib. Təşkilat, 2024-cü ilin aprelində Bi+ Nederland və Fransanın Spectrum təşkilatları tərəfindən başladılmış iki illik bir layihənin nəticəsidir. 2025-ci ilin oktyabrında Vilnüsdə keçirilən Qurucu Ümumi Yığıncaqda pan-Avropa bölgəsinin hər yerindən əlli bi+ aktivist bir araya gəlib və təşkilatın nizamnaməsini maddə-maddə müzakirə edərək təsdiqləyib.

Bi+ Equal-ın yaradılması biseksual və bi+ insanların LGBTQİ+ hərəkatı daxilindəki spesifik vəziyyətini tanıyıb. Təşkilat bildirib ki,, trans, interseks və lezbiyan insanlar üçün Avropa-miqyaslı çətir təşkilatları illərdir mövcud olub, lakin bi+ insanların qarşılaşdıqları problemlərə həsr edilmiş belə bir qurum indiyə qədər olmayıb. 

Bi+ Equal bi+ aktivistlər və təşkilatların xəritələşdirilməsi, ehtiyaclarının araşdırılması və icma tərəfindən idarə olunan bir qurum yaradılması prinsipinə əsaslanır. Üzvlük strukturu, üzvlərə təşkilatın gələcəyini birgə formalaşdırmaq hüququ tanıyır. Minority Azərbaycan kimi Avropa İttifaqı üzvü olmayan ölkələrdən gələn təşkilatların üzvlüyü isə bi+ hərəkatının coğrafi çərçivəsini genişləndirir.

Bu üzvlük Minority Azərbaycanın Azərbaycandakı bi+ insanların təcrübəsini beynəlxalq səviyyədə təmsil etməsi üçün yeni bir platforma açır. Azərbaycanda bi+ kimliyin nə ictimai müzakirədə, nə də hüquqi çərçivədə demək olar ki, heç görünmədiyini nəzərə alsaq, bu addım bi+ görünürlüyünü, ən azından beynəlxalq müstəvidə, möhkəmləndirəcək konkret bir addımdır.

Powered by Froala Editor