AP konversiya "terapiyalarına" qadağa qoyulmasının lehinə səs verib
Avropa Parlamenti konversiya "terapiyalarına" qadağa qoyulmasının lehinə səs verib
30/Apr/26
30
Avropa Parlamenti konversiya "terapiyalarına" qadağa qoyulmasının lehinə səs verib
Avropa Parlamentinin 405 deputatı Avropada konversiya "terapiyalarına" Avropa Birliyi miqyasında qadağa qoyulmasının lehinə səs verib.
Avropa Komissiyasının 18 may 2026-cı il tarixinə qədər bu işgəncəli təcrübələrin qadağan edilməsinə çağıran Avropa Vətəndaşları Təşəbbüsünü imzalayan 1,2 milyon Avrop Birliyi vətəndaşına rəsmi cavab vermək üçün vaxtı var.
Avropa Parlamenti insanın seksual oriyentasiyasını, gender kimliyini və/və ya gender ifadəsini dəyişdirməyə, boğmağa və ya yatırmağa yönəlmiş təcrübələr kimi konversiya təcrübələrini fundamental hüquqların pozulması kimi pisləyib və Avropa Komissiyasnı konkret tədbirlərləri həyata keçirməklə bu təcrübələrə qarşı mübarizə aparmağa çağırıb.
Eyni zamanda, Parlament Komissiyanı "Avropa Birliyində konversiya təcrübələrinə qadağa" Avropa Vətəndaşları Təşəbbüsünün davamı olaraq bütün üzv dövlətlərdə konversiya təcrübələrinə Avropa Birliyi qadağası qoyan hüquqi akt təklifi təqdim etməyə çağırıb.
Powered by Froala Editor