Aİ Nümayəndəliyi və üzv ölkə səfirlikləri 17 May bəyanatı yayıb

“Demokratiya ayrı-seçkiliyin olduğu yerdə inkişaf edə bilməz”

Bu gün, 17 May, Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü (IDAHOBIT) münasibətilə Avropa İttifaqının Nümayəndəliyi və Aİ üzv ölkələrinin səfirlikləri ortaq bəyanat yayaraq LGBTQİ+ların bərabərliyi və ləyaqəti uğrunda mövqelərini bir daha təsdiqləyiblər.

Bəyanatda deyilir:

“Bu gün, Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günündə (IDAHOT), Aİ Nümayəndəliyi və Aİ ölkələrinin səfirlikləri hər yerdə LGBTİ insanların bərabərliyi, ləyaqəti və insan haqlarından tam istifadə etməsi uğrunda möhkəm dayanır. Demokratiya ayrı-seçkiliyin davam etdiyi yerdə inkişaf edə bilməz. Bərabərliyi qorumaq – onlayn və oflayn şəkildə bütün zorakılıq, damğa və istisna formaları ilə mübarizə aparmaq deməkdir. Aİ vətəndaş cəmiyyətini dəstəkləməyə, insan haqlarını müdafiə etməyə və heç kimin geridə qalmadığı inklüziv cəmiyyətlər uğrunda işləməyə sadiq qalır.”

Powered by Froala Editor