Nəfəs LGBTİ Bakı Qürur həftəsinin proqramını açıqlayıb
Nəfəs LGBTİ Azərbaycan Alyansı bu il də Bakı Qürur Həftəsini qeyd edəcəyini rəsmən açıqlayıb
24/Jun/26
44
Nəfəs LGBTİ Bakı Qürur həftəsinin proqramını açıqlayıb
Nəfəs LGBTİ Azərbaycan Alyansı bu il də Bakı Qürur Həftəsini qeyd edəcəyini rəsmən açıqlayıb. 21-28 iyun tarixlərini əhatə edən həftə ərzində Azərbaycanın kuir icması bir sıra mühüm tədbir və buraxılışlarla öz mövcudluğunu bəyan edəcək.
Bakı Qürur Həftəsi çərçivəsində ilk olaraq Barama Evi tərəfindən aparılan iki sorğunun nəticələri ictimaiyyətlə paylaşılacaq. Sorğuların məktəblərdə qısnamaya dair 3-cü və hüquq-mühafizə orqanlarına etimada dair 4-cü sorğular olacağı bildirilib. Bu araşdırmalar Azərbaycanda LGBTQİ+ şəxslərin gündəlik gerçəkliklərini rəqəmlərlə əks etdirir..
Həftənin ikinci mühüm hadisəsi MNTR şəbəkəsinin komandası tərəfindən böyük zəhmətin bəhrəsi olan Tranzisiyalar jurnalının ikinci buraxılışıdır. Nəşr trans və qeyri-binar perspektivlərə həsr olunub.
Həftənin final akkordunu isə "Köç" adlı qısametrajlı film bəzəyəcək. Azərbaycanlı kuirlərin miqrasiya hekayələrini əks etdirən bu film QıyVaar-ın YouTube kanalında premyerasını edəcək. Film, ölkədən ayrılmaq məcburiyyətində qalan LGBTQİ+ların şəxsi təcrübələrini sənədləşdirir.
Powered by Froala Editor