Türkiyədə LGBTQİ+ platformalarına giriş bloklanıb
İstanbul Polisi LGBTQİ+ hüquqları haqqında paylaşım edən hesabları "virtual patrullar" vasitəsilə izləyib
04/Jul/26
26
İstanbul Polisi LGBTQİ+ hüquqları haqqında paylaşım edən hesabları "virtual patrullar" vasitəsilə izləyib
Türkiyədə LGBTQİ+ hüquqları ilə bağlı məzmun paylaşan birlik və platformaların X və İnstaqram hesablarına girişin bloklanması barədə qərar qəbul edilib. Qərarda İstanbul Polis İdarəsinin "ailə və uşaqların qorunmasına" yönəlmiş "virtual patrul" fəaliyyətləri və araşdırmaları bu addımın əsası kimi göstərilib.
Qərara əsasən, girişin bloklanması tələbi İstanbul Polis İdarəsinin Kiber Cinayətlər Bölməsi tərəfindən aparılan "virtual patrul" fəaliyyətləri çərçivəsində hazırlanıb. Sənəddə bildirilib ki, bu əməliyyatlar "dövlətin ərazisi və milləti ilə bölünməz bütövlüyü, konstitusiya quruluşu və ictimai təhlükəsizliklə bağlı profilaktik və qoruyucu tədbirlərin həyata keçirilməsi; təhlükəsizliyi və ictimai asayişi təmin etmək; və kibercinayətkarlıqla mübarizə" məqsədilə həyata keçirilib.
Qərar İstanbul 6-cı Sülh Cinayət Məhkəməsi tərəfindən verilib. Qərarda qeyd olunur ki, onlayn mühitdə və sosial media platformalarında "ailələrin və uşaqların qorunmasına yönəlmiş səylər" çərçivəsində müxtəlif X və İnstaqram hesabları araşdırılıb. Məhkəmə "ictimai asayişə, ailə quruluşuna, uşaqların qorunmasına və ictimai əxlaqa mənfi təsir göstərə biləcəyi" iddialarını əsas gətirərək, sözügedən hesablara girişin bloklanması və məzmunun silinməsi barədə qərar verib.
Hakim qərarını İnternetdə Nəşrlərin Tənzimlənməsi və Bu cür Nəşrlər Vasitəsilə Törədilən Cinayətlərlə Mübarizə haqqında 5651 saylı Qanunun 8/A maddəsinə əsaslanaraq verib. Qərarda həmin maddədəki müddəaya istinad edilib. Müddəada "məzmunun aşağıdakı cinayətləri təşkil etdiyinə dair kifayət qədər şübhə əsasları olduqda, internetdə dərc olunmuş nəşrlərlə bağlı məzmunun silinməsi və/və ya girişin bloklanması barədə qərar qəbul edilməlidir" ifadələri yer alıb.
Türkiyə ərazisində girişi qadağan olunmuş hesablar:
İstanbul Pride, İstanbul Trans Pride / Trans Pride İstanbul, Lambda İstanbul, Hevi LGBTİ+, LGBTİQ Meclisi, TİP LGBTİ, HDK LGBTİ, Trans Yaşam, ODTÜ LGBTİ+, Beşiktaş Lubunya, Sancaktepe Lubun, HDK İstanbul, İHD LGBTİ+ Komisyonu, İHD Genel Merkez, 8 Mart Lubun Korteji, 17 Mayıs Derneği, Ankara Feminist Gece Yürüyüşü, Ankara Kadın, Pride Ankara / Ankara Pride, Kuir Aybü, Pembe Hayat LGBTİ+, SPoD, Kadının İnsan Hakları, Cinsel Şiddetle Mücadele Derneği, Terapi Grubu, LGBTİ Sağlığı, GZone Mag, LİSTAG Derneği, Barış İçin LGBTİ+, Kadın4Oyama, Yeditepe 7 Renk, Hormon Hakkım Kolektifi, Pride İzmit, MEF LGBTİQ+, ÜniKuir, GoFor, Türk LGBT Topluluğu, Genç LGBTİ, Velvele, Özgür Renkler, Muamma LGBTİ+, Mor Dayanışma, Biz LGBTİQ İnisiyatifi, Hebûn LGBT, Mersin UFK, Adana LGBTİ, Mor Çatı Vakfı, 8 Mart Yürüyüşü, Feminist Sağlık, Güldünya Kitap, TGS Kadın LGBTİ, 25 Kasım Kadın, İzmir Pride, LGBT Türkiye, Gençlik LGBT, LGBTQ, LGBT Postu, Çatlak Zemin, LGBTQ Hakları İnsan Hakları, Femin Amfi, GALA Derneği, Lavender LGBTİQ, Kuir Baykuş, LeGeBİT, Anadolu LGBTİ, Denizli LGBTİ Aile, Hapiste LGBT, 18 Haziran LGBTİ, Trans Korteji, Bodrum LGBTİ, Bodrum Kadın, Queer Deer, Erktolia, Sugar Mekanlar, Pozitif Dayanışma, Lubunya Deprem, Hormona Erişim, Kırmızı Şemsiye Derneği, Arya'ya Ne Oldu, Kuir Tıp Öğrenci, Direnişin Renkleri, Demir Leblebi, ODTÜ FemDay, Sara Collective, Aralık Feminist, Beytepe Gazetesi, Arkadaş Postası, Öğrenci Faaliyeti, Oyunbozan Fanzin, İÜ Eşitlik Topluluğu, Kuiranka, Renkli Güvercin LGBTİQ, Kuşadası LGBT.
Powered by Froala Editor