"Qıy Vaar! Krizisdədir": media dəstək kampaniyası elan edib

Kuir media platforması Qıy Vaar! ictimaiyyətə müraciət edərək ianə kampaniyası başladıb. Platforma bildirib ki, LGBTQİ+ və feminist icmaların səsini görünən etmək istiqamətindəki fəaliyyətini davam etdirmək üçün oxucuların dəstəyinə ehtiyacı var.

Açıqlamada qeyd olunub ki, hər dərc edilən xəbərin, aparılan araşdırmanın və hazırlanan videonun arxasında böyük əmək dayanır. Bu səbəbdən, komanda imkanı olanları birdəfəlik ianə etməyə, maddi dəstək göstərə bilməyənləri isə kampaniyanı paylaşmağa çağırıb.

"Qıy Vaar! KRİZİSDƏDİR" adlı kampaniyanın linkinə buradan keçid edə bilərsiz.

Powered by Froala Editor