BMT-nin Xüsusi Məruzəçiləri Rusiya LGBTQİ+ qruplarının müdafiəsinə qalxıblar

BMT-nin altı xüsusi məruzəçisi ölkə daxilində LGBTQİ+ qrupunun "Vıxod" və digər təşkilatların qanunsuz olaraq "ekstremist" kimi tanınması ilə bağlı Rusiya hakimiyyət orqanlarına suallar və tələblərlə müraciət edib. Bu barədə Parni+ məlumat verib.

"Vıxod" qrupunun qeyd edib ki, bu, BMT səviyyəsində Rusiya Federasiyasına edilən ilk belə müraciət olub. LGBTQİ+ hüquqları məsələləri əvvəllər hesabatlarda yer alsa da, LGBTQİ+ icmasına qarşı repressiyalar məsələsi müstəqil bir məsələ kimi qaldırılmayıb.

Müəlliflər Rusiyaya altı sual və tələb irəli sürüblər:

  • Müraciətdə qaldırılan şikayətlərə cavab verməyi.

  • "Vıxod" təşkilatını "ekstremist" təşkilat kimi tanınması üçün hüquqi əsasları təqdim etməyi və bu qərarın beynəlxalq hüquqa necə uyğun olduğunu izah etməyi.

  • Təşkilatları bu cür tədbirlərin özbaşına və ya ayrı-seçkilik tətbiqindən qoruyan təminatları sadalamağı.

  • Fərdləri yalnız ifadə, birləşmək və dinc toplaşmaq azadlığı hüquqlarını həyata keçirdikləri üçün həbsdən, saxlanmadan və təqibdən qorumaq üçün görülən tədbirlər barədə məlumat verməyi.

  • LGBTQİ+ları, insan hüquqları müdafiəçilərini və vətəndaş fəallarını zorakılıqdan, ayrı-seçkilikdən və repressiyalardan qorumaq üçün mövcud mexanizmlər və təminatlar haqqında hesabat hazırlamağı.

  • Qanunvericilikdən "ekstremizm" kateqoriyasının çıxarılması üçün atılan və planlaşdırılan addımlar barədə məlumat verməyi.

Suallar "Vıxod" qrupuna qarşı işə əsaslanıb, çünki onlar "ekstremist" təşkilat kimi təyin edilən ilk LGBTQİ+ təşəbbüsüdür. Suallar hazırlanarkən "Rusiya LGBT Şəbəkəsi", Yekaterinburq Resurs Mərkəzi, "Parni+" və "İrida" da "ekstremist" təyinatı alıb və məktuba daxil edilib.

BMT-nin veb saytında yer alan bir yazıya görə, xüsusi məruzəçilər sualları 2026-cı ilin iyun ayında göndəriblər. Rusiya hakimiyyət orqanlarından iki ay ərzində cavab vermələri tələb olunub. Rusiya Federasiyasından cavab alınmadığı üçün kommunikasiyanın özü veb saytında dərc edilib.

Powered by Froala Editor