Rusiyada "Heated Rivalry"nin yayımı qadağan edilib

Moskvanın Çeremuşkinski Məhkəməsi, Rachel Reid iki xokkeyçi arasındakı sevgidən bəhs edən "Heated Rivalry" romanını dərc edən üç veb saytın Rusiyada yayılmasını qadağan edib.

Söhbət BookPlaneta, Siteknig və Libsafe-nin pirat səhifələrindən gedir. İlk ikisində əvvəllər romanın tam mətni təqdim olunub, lakin indi kitabın müəllif hüquqları sahibinin tələbi ilə bloklandığı göstərilir. 

Prokurorluq məhkəməyə müraciət edib. İstintaq zamanı agentliyin əməkdaşları veb saytlarda "ekstremist LGBT ideologiyasını təbliğ edən ədəbiyyat" aşkar ediblər. Qərarda prokurorluğun romanda dəqiq nəyi "təbliğat" hesab etdiyi göstərilməyib.

Powered by Froala Editor