Marin Le Pen eynicinsli nikahlara münasibətini dəyişdiyini bildirib
Fransanın sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen artıq eynicinsli nikahlara qarşı çıxmadığını açıqlayıb
17/Nov/26
19
Marin Le Pen eynicinsli nikahlara münasibətini dəyişdiyini bildirib
Fransanın sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri və prezidentliyə namizəd Marin Le Pen artıq eynicinsli nikahlara qarşı çıxmadığını açıqlayıb. Bu barədə o, Fransa parlamentinin LCP televiziyasına müsahibəsində danışıb.
Müsahibə zamanı 15 yaşlı jurnalist Le Pen-ə 2013-cü ildə Fransada eynicinsli nikahlara icazə verən qanunu ləğv edəcəyinə söz verdiyini xatırladıb. Le Pen sonradan mövqeyini yenidən nəzərdən keçirdiyini bildirib. O, X sosial şəbəkəsində yazıb: "Eynicinsli nikahlar barədə fikrimi dəyişdim. Onlar əvvəl qorxduğum kimi surroqat analığın yayılmasına gətirib çıxarmadı. Siyasətdə baxışları dəyişmək olar və bunda utanc verici heç nə yoxdur."
Le Pen əvvəllər eynicinsli nikahların qanuniləşdirilməsinin surroqat analığa yol açacağından qorxaraq buna qarşı çıxıb. İndi bu qorxuların özünü doğrultmadığını etiraf edir, lakin surroqat analığa hələ də qarşı olduğunu bildirib. Eynicinsli şəxslərin nikahına icazə verən qanun Fransada 2013-cü ildə qəbul edilib.
Eynicinsli nikaha münasibətin dəyişməsinə baxmayaraq, "Milli Birlik" LGBTQİ+ların hüquqlarını müdafiə edən bir sıra təşəbbüslərə qarşı çıxmaqda davam edir.
Powered by Froala Editor