Oğluna və onun ərinə surroqat ana oldu
ABŞ-da bir qadın öz doğma nəvəsini dünyaya gətirib. O, öz oğluna və onun ərinə surroqat ana oldu.
10/Apr/19
6316
ABŞ-da 61 yaşlı bir qadın öz doğma nəvəsini dünyaya gətirib. O, öz oğluna və onun ərinə surroqat ana oldu.
NBC xəbər verir ki, ABŞ-da bir qadın öz doğma nəvəsini dünyaya gətirib. O, öz oğluna və onun ərinə surroqat ana oldu.
Doğuş Omaxa Tibb Mərkəzində (Nebraska) baş tutdu, valideynlər isə Elliot Dogerti və Metyu Elecdir. Metyunun anası Sesil Elec körpə Uma Luiza Dogerti-Eleci daşımışdır, körpənin çəkisi - 6 funtdur.
Mayalanma üçün yumurtahüceyrəni Metyunun bacısı Lea verdi. Əvvəlcə evli cütlük surroqat ananı kənarda axtarırdı, lakin proses onlara çox mürəkkəb gəlirdi.
Dogerti və Metyu Elec deyir ki, onları öz qızları ilə çətin söhbətlər və Umanın qeyri-ənənəvi doğum hekayəsinə qarşı dar düşüncəli reaksiyalar gözləyir. Lakin cütlük Uma böyüyəndən sonra ona vəziyyəti danışmağa hazırdır.
“Mən ona deyəcəm ki, Lea xala ona özünün bir parçasını verdi”, - Metyu deyir. “O, həyat bəxşişini başlamaq üçün toxum verdi və onun nənəsi o toxumun cücərməsi üçün sevgi dolu bağ qurdu. Və mən düşünürəm ki, bu möhtəşəmdir.”