Hindistanda LGBT insanlara xidmət edəcək klinika
Hindistan tamamilə LGBT+ fərdlərin çalışdığı ilk sağlamlıq klinikasına qapılarını açdı.
26/Apr/19
2735
Hindistanda LGBT icma tərəfindən tamamilə LGBT insanlara xidmət edəcək klinika
Hindistan tamamilə LGBT+ fərdlərin çalışdığı ilk sağlamlıq klinikasına qapılarını açdı.
Mumbayda yerləşən sağlamlıq mərkəzi pasiyentlərə ən komfortlu təcrübəni təqdim etmək üçün LGBT+ resepşenlər, əczaçılar və məsləhətçilərdən yararlanır.
Fevral ayında klinikanı açan Humsafar Trust-ın baş icraçı direktoru Vivek Anand The Guardian-a gördükləri işin önəmindən danışıb.
Anand "Guardian" agentliyinə bildirib ki: "İllər ərzində klinikamızda İİV-pozitiv nəticəli şəxslərin 30-40 faizi hökumət xəstəxanalarında (ARV) müalicə zamanı müəyyən müddətdən sonra yoxa çıxıb."
"Onların yarısı heç vaxt ortalığa çıxmır. Ayrı-seçkilikdən çox, öz-özünü damğalama icmanı müalicəyə başlamaqdan çəkindirir."
Hindistanda təxminən 2,1 milyon insanın İİV-pozitiv olduğu təxmin edilir. Bu, dünyanın ən yüksək dərəcələrindən biridir. Homoseksual və yaşlı insanlara qarşı ayrı-seçkilik onların müalicə və xidmətlərə çıxışlarını məhdudlaşdıra bilər.
LGBT + insanlar digər klinikalardan uzaqlaşdırılıb.
"Trans icması üzvlərinin Hindistanın heç bir ictimai səhiyyə xidmətinin qapısından keçə bilmədiyi günləri bilirik. Mühafizə xidməti onlara icazə vermirdi”, - deyə Anand bildirib.
Hindistanda trans sağlamlığına dair 2016-cı ilin hesabatında transseksual insanların üçdə ikisinin cinsi yolla ötürülən infeksiyalar üçün müalicəyə girişi olmadığı aşkar edilmişdir. Onların yalnız 59 faizi İİV testi üçün göndərilib.
Guardian bir dövlət xəstəxanasından köçürüldükdən sonra klinikada gözlədiyi zaman özünü biseksual olaraq identifikasiya edən Şarma ilə danışıb.
“Şəhərin hər hansı digər (antiretroviral) gözləmə otağında belə bir rahatlıq içində olmazdım",- Şarma deyib. "Oradakı insanlar məni dərhal homoseksual olaraq etiketləyirdi və mənə özümü arzuedilməz biri kimi hiss etdirirdi.”
Anandın sözlərinə görə, səkkiz otaqlı klinika aşağı sosial-iqtisadi təbəqələrdən olan insanların əksəriyyətinin müalicəsini öhdəsinə götürür. "Belə ki, müalicə pulsuzdur və könüllü ianələr təqdir edilir", - o, əlavə edib.
İlkin və sonrakı İİV testləri üçün ayrı-ayrı terapevtlər, həmçinin ümumi məsləhətçilər və aylıq görüşən bir sosial dəstək qrupu var.
İİV və ya QİÇS olan insanlar üçün Hindistanın "tarixi" qanunu
2017-ci ildə Hindistan İİV və ya QİÇS-ə yoluxan fərdlərin bərabər hüquqlarını təmin edən qanun qəbul etmişdir. Ölkənin Nyu-Dehlidəki Parlamenti infeksiyası olanlara qarşı ayrı-seçkilik etməyi qadağan edən İİV və QİÇS-in Qarşısının Alınması və Nəzarəti üzrə Qanun layihəsini irəli sürüb.
Həmin dövrdə Səhiyyə Naziri Caqat Prakaş Nadda qanun layihəsinin hökumətin "İİV-pozitiv pasiyentlərin sərbəst müalicəsi üçün qərarlı olduğunu" göstərdiyini söyləyib.
Qanun layihəsi bir pasiyentin İİV statusunun razılığı olmadan aşkara çıxarılmasını qeyri-qanuni hesab edir və infeksiyanın yayılmasına qarşı mübarizə aparmaq üçün davam edən araşdırma və strategiyalar hazırlanmasını nəzərdə tutur.
Mənbə: PinkNews