Gender mövzusuna Azərbaycan müasir rəssamlarının yanaşması


Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu problemin həll edilməsi məqsədilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilməkdədir. 

Son illər bir çox rayon və kənd yerlərində qızların təhsildən yayınmasının bəzən kütləvi hal aldığı görünməkdədir. Rəsmi rəqəmlərə görə 15-17 yaşlı gənc analar tərəfindən doğulan uşaqların sayı 2016-cı il üçün 2809-dur. Bu cür hallar Azərbaycan cəmiyyəti üçün heç də yaxşı bir gözlənti vəd etmir. 

Bir cəmiyyətin sağlam və möhkəm olması ancaq qadın və ailə dəyərlərinin yüksəldilməsi ilə mümkündür. Bu dəyərlər dövlətimizin sosial siyasətinin istiqamətində də öz əksini tapıb. Düşünürük ki, gender probleminin həllinə dövlətlə yanaşı hər bir kəs öz töfəsini verməlidir.

Fransız-Azərbaycan Universitetində bu mövuzada təşkil ediləcək mühazirədə Azərbaycan müasir incəsənətinin tanınmış konseptual rəssamları iştirak edəcək. Bu rəssamların yaradıcılığını biləşdirən əsas amil məhz gender problemlərini öz yaradıcılığında geniş ışıqlandırmalarıdır. Və düşünürük ki, incəsənət nümayəndləri də gender problemini öz yaradıcılığı ilə işıqlandırmalı və həlli yoları üçün çalışmalıdır.

Mühazirə iştirakçıları:

• Sitara İbrahimbəyli
• Vüsal Rəhim
• Elturan Məmmədov
• Faiq Əhməd

Moderator:
• Səadət Abdullazadə

• Mühazirə müddəti: 95 dəqiqə

• Təşkilatçı: VarYox Mədəniyyət və İncəsənət platforması