Minority jurnalının 11-ci sayı
Minority Jurnalının Azərbaycan LGBTQİ icması üçün vacibliyini dərk etdiyimizdən onun davamlı olması üçün əlimizdən gələni edirik. Budəfəki sayımızın üz qabığı Aprelin 4-ü intiharı ilə hər birimizi sarsan Elinaya həsr olunub.
04/May/19
4315
Minority jurnalının 11-ci sayı dərc olundu
Minority Jurnalının Azərbaycan LGBTQİ icması üçün vacibliyini dərk etdiyimizdən onun davamlı olması üçün əlimizdən gələni edirik. Budəfəki sayımızın üz qabığı Aprelin 4-ü intiharı ilə hər birimizi sarsan Elinaya həsr olunub.
Jurnalın üz qabığını hazırlayan rəssam Leyla: “Üz qabığını çəkmək olduqca çətin idi. Azyaşlı bir qızın özünü pəncərədən atması barədə xəbər şok yaratmışdı. Sonra öyrəndik ki, o, məktəbdə məruz qaldığı qısnamalara görə həyatına son qoyub. Olduqca faciəli hadisədir, deyilmi?! Axı bir uşağın gözümçıxdıya salınmasından daha betər nə ola bilər?! Lakin günü-gündən bizə ümidsizliyin yeni-yeni qatları açılırdı. Ümidsizliyin gündəlik bir şeyə çevrildiyi xarab və çürük sistem və cəmiyyət. Biz sanki zorakılıq içində zorakılığı görə bilməyən qurbanlar kimi idik”, - deyə ön sözə başlayıb.
Jurnalımızın aprel buraxılışının ilk yazısı “Lezbian Görünənlik Günü” haqqındadır. Lezbiyanlar üçün ən böyük problemlər hansılardır? Elə lezbiyan sözünün özü siyahının başında gəlir. Bu sözün ətrafında elə böyük stiqma var ki, bir çox qadın özünə lezbiyan deyil, “homoseksual” deməyi daha üstün tutur. Təbii ki, bu da səhv deyil və insanlar özlərini daha rahat hiss etdikləri adları seçməkdə azaddırlar. Amma çox insanın lezbiyan sözündən qaçmağı mediada və cəmiyyətdə bu sözün ifrat dərəcədə seksuallaşdırılması ilə bağlıdır.
Jurnalımız həmişəki kimi hər ay yayımlanacaq. Adətimizə sadiq qalaraq məşhur bir şəxslə müsahibə etdik. Budəfəki müsahibimiz azərbaycanlı model Rüstəm Cəbrayılovdur. O, homoseksaul fərdlərə qarşı tolerant münasibətinin yaranmasını belə izah edir: “Hal-hazırda dünya üzrə moda sahəsində çalışan ən uğurlu dizaynerlər və stilistlərin demək olar ki, hamısı homoseksualdır. Bu faktı heç cürə danmaq olmaz. Amerikaya isə mən 2010-2011-ci illərdə getmişəm və artıq ona qədər ən az 5 il moda sahəsinin içində idim və təbii ki, beynəlxalq moda həftələrində çıxışlarım zamanı homoseksual insanlarla ünsiyyətdə olurdum. Mənim düşüncələrim Amerikaya gedəndən sonra deməzdim ki, dəyişdi, sadəcə öz təsdiqini tapdı.”
Budəfəki sayımızda Bristol Universitetində Gender və Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr təhsili almış araşdırmaçı Zümrüd Cəlilovanın “Homoseksuallıq xəstəlik deyil” yazısının ikinci hissəsini də dərc etmişik.
30 aprel homofobiya zəminində intihar edən LGBT aktivisti İsa Şahmarlının doğum günüdür. İsanın xatirəsi jurnalımızda da yad olunur.
Powered by Froala Editor