ÜST transgenderliyi psixi pozuntular siyahısından çıxarır


Ümumdünya Səhiyyə Təşkilatı transgenderliyi psixi pozuntu kimi təsnifləşdirməməyi rəsmən qərara aldı.

Cümə axşamı Ümumdünya Səhiyyə Təşkilatına üzv ölkələr Cenevrədə illik yığıncaqda Beynəlxalq Xəstəliklərin təsnifatının yeni nəşrini qəbul etdilər. Bu, 29 il ərzində xəstəlik siyahısının ilk yeniləməsi idi. 

İndi gender kimliyi pozuntusunu "gender uyğunsuzluğu" kimi təsvir edilir və artıq psixi pozuntular siyahısında deyil.

Danimarka nümayəndəsi ən son dəyişiklikləri xoş qarşılayıb, bunun hər kəsin həyatını ləyaqətlə idarə etməyə imkan verəcək bir addım olduğunu söyləyib.

ÜST bu addımın transgender insanlara qarşı ayrı-seçkiliyin aradan qaldıracağına və onların insanlar tərəfindən qəbul olunmasına yardım göstərəcəyinə ümid edir.