Şou-biznesdə Qürur ola bilməz
Son iyun ayı Stounvol Üsyanının 50 illiyi idi. Dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da kvir üsyanının 50 illiyini çoxsaylı mübahisələrlə keçdi.
03/Jul/19
4206
Şou-biznesdə Qürur ola bilməz
Son iyun ayı Stounvol Üsyanının 50 illiyi idi. Dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da kvir üsyanının 50 illiyini çoxsaylı mübahisələrlə keçdi. LGBTQ hərəkatının dönüş nöqtəsi xüsusilə Birləşmiş Ştatlarda 1969-cu ildə baş vermiş Stounvol üsyanıdır, bu üsyan sonralar müxtəlif qeyri-zorakı etirazlarla, oturma, mitinq, etiraz və uzunmüddətli nümayişlərlə müşayiət olundu. Bir çox aktivist təşkilatlar Qrinviç Kəndində kvir insanlarla, seks işçiləri, travestilər və evsizlər də daxil olmaqla, polis arasında yaşanmış qarşıdurmalardan sonra formalaşmışdır. Yeni qurulan təşkilatlar radikal idi: Gey Azadlıq Cəbhəsi, İnqilabçı Küçə Travestiləri və s. Stounvol üsyanının radikal köklərinə baxmayaraq, indi dövlət tərəfindən dəstəklənən müəssisələr, bizneslər LGBTQ insanlarının polis basqınlarına, struktural şiddətə və dövlət hakimiyyətinə qarşı mübarizəsini Qürur ayı mövsümündə ələ keçirməyə çalışır.
Bir çox aktivist təşkilatlar Qrinviç Kəndində kvir insanlarla, seks işçiləri, travestilər və evsizlər də daxil olmaqla, polis arasında yaşanmış qarşıdurmalardan sonra formalaşmışdır.
Bu ilin iyun ayı Azərbaycanın LGBTQ icması üçün olduqca maraqlı keçdi. Bir sıra "gülməli" müttəfiqlər, yerli Grayndr (Grindr) sayılan İnstaqram üzərindən Qürur ayını təbrik etmək üçün ortaya çıxdı. Bu yaxınlarda Minority Azərbaycan İnstaqram üzərindən “icmanı dəstəkləyən” məşhurların postlarını paylaşmışdı. Onların hər biri LGBTQ icması üçün olduqca gülməli və təhlükəlidir: Röya Ayxan - “emansipasiya” videoları ilə məşhurlaşan müğənnidir, Anar Ağakişiyev - şəklini payalaşaraq “hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun” yazmışdı, daha sonra isə dediklərini danmış və rənglərlə işləməyini stilist olmasına bağlamışdı. Eldar Qasımov - 2012-ci il Avroviziya yarışmasının qalibi, şəklini paylaşaraq “sevgi səhv olmur” deyə yazmışdı.
İLGA Avropanın Göyqurşağı xəritəsinə görə, Azərbaycanın Avropada LGBTQ fərdi üçün ən pis olkə olmasını nəzərə alsaq, bu hadisələr sosial media üzərində çox məşhurlaşdı. İnsanların əksəriyyəti LGBTQ təşkilatları da daxil olmaqla, Stounvol hadisələrinin idarəolunmaz və itaətsiz inqilabi aspektlərinə kölgə salaraq, bu xəbərləri inqilabi bir şey imiş kimi paylaşdı.
Mən məşhur insanların LGBTQ məsələlərini müzakirə etməsinin vacibliyini başa düşürəm, bəs niyə hər dəfə dəstək olmurlar?! Xüsusilə 2017-ci ildə və bu ilin aprel ayında polis trans insanların ovuna çıxanda niyə yox idi o dəstək?! Şou-biznes də biznes sənayesinin bir hissəsi kimi pul qazanmaq və pul qazanmaq barədədir. Bizneslər tərəfindən LGBTQ icmasının dəstəklənməsi üçün atılan hər bir addım sadəcə uzun illər ərzində marjinallaşmış bazara girmək məqsədi daşıyır və Qürur ayı da həmin müştəriləri “ələ keçirmək” üçün əla bir şansdır.
İLGA Avropanın Göyqurşağı xəritəsinə görə, Azərbaycanın Avropada LGBTQ fərdi üçün ən pis olkə olmasını nəzərə alsaq, bu hadisələr sosial media üzərində çox məşhurlaşdı.
Azərbaycanın LGBTQ icması cəmiyyət tərəfindən qəbulolunma və tolerantlıq üçün uzun illərdir ki, mübarizə aparır. 2019-cu il çoxlu sayda cishet (cisgender heteroseksual) insanların icmaya dəstək olmaları, onunla işləmələri və hətta bir hissəsi olması ilə yadda qalan bir il oldu. Di gəl ki, bu, onların mübarizəsi deyil, məhz onlar Azərbaycanda və bütün dünyada geylərin mübarizəsinin qarşı tərəfi olublar.
Hazırda sosial mediada gəzişərkən çoxlu sayda cishet feministlərin və aktivistlərin LGBTQ icmasının qəbul olunması üçün mübarizə apardıqlarını, gey mövzularında tədbirlər təşkil etməsini görmək olar. Halbuki, onlar eyni zamanda icma üçün uzun müddət ərzində maneə olma faktını gözardı edirlər. Həmin feminist və aktivistlər durumu kontrol altında tuturlar, insanlara onların genderləri haqqında izahatlar verirlər, onlara nəyin düzgün, nəyin səhv olmasını başa salırlar və yadımda qalmayan daha nələr.
Qürur ayı artıq bitib. Biz resurları az olan aktivistlər və hərəkat həm şou-biznes tərəfindən həyata keçirilən çəhrayı yuyulmaya (pink-washing) və göyqurşağı kapitalizminə, eyni zamanda da LGBTQ aktivistləri və feministlər tərəfindən kontrol altında tutulmağa qarşı çıxmalıyıq. Biz transformativ dəyişiklik yolu tapmalı və kvir azadlığını meynstrim müzakirələrdən emansipasiya meydanına - Stounvolun idarəolunmaz, itaətsiz və azad irsinə aparmalıyıq.
Müəllif: Nicat Quliyev