Azərbaycanın şou-biznes nümayəndələri LGBTQ “Qürur ayı”nı dəstəklədi
Əməkdar artist Röya Ayxan, “Avroviziya” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və stilist Anar Ağakişiyev “Qürur ayı” ərzində öz İnstaqram səhifələrində LGBTQ icmasını dəstəkləyən paylaşımlar ediblər.
18/Jun/19
12902

Müğənni Röya Ayxanın köynəyi üzərindəki “Love is Love” (“Sevgi elə sevgidir”) yazısı LGBTQ icmasının şüarlarından biri kimi məşhurdur.
Stilist Anar Ağakişiyev üzərində LGBTQ bayrağı olan geyimlə rəsmini paylaşaraq aşağıdakıları qeyd edib: “Əziz dostlar, bəzən həyat siyah, bəzən isə beyazdır.İstəyirəm ki, hər kəsin həyatı mənimki və göy qurşağının rəngləri kimi rəngarəng olsun. Həyatı parlaq və rəngli yaşamaq lazımdır! Budur, sizlər üçün rənglərlə dolu yeni surprizim❤”
Müğənni Eldar Qasımov isə üzünə LGBTQ bayrağının rənglərindən ibarət kölgə düşən fotoşəklini “LOVE CAN’T BE WRONG. SEVGİ SƏHV OLMUR” şüarı ilə bərabər paylaşıb.
O, həmçinin paylaşımına icmanı dəstəkləyən #lgbt #lgbtq #pride #pridemonth#gay #lesbian #trans #loveislove #love#gaypride #bisexsual #pansexual#queer #lovewins #rainbow heşteqlərini əlavə edib.
Görəsən başqa kimlər bizi bu cür cəsarətli paylaşımlarla sevindirəcək?