Rusiyalı iPhone istifadəçisi Apple-ı məhkəməyə verir
Rusiyalı iPhone istifadəçisi Apple şirkətini “onu gey etdiyi üçün” məhkəməyə verir.
03/Oct/19
3044
Rusiyalı iPhone istifadəçisi Apple şirkətini “onu gey etdiyi üçün” məhkəməyə verir.
Rusiyalı kişi Apple şirkətini məhkəməyə verir və 15000 dollar dəyərində təzminat tələb edir. Onun sözlərinə görə, istifadə etdiyi iPhone onu “manipulyativ” şəkildə gey edib.
The Moscow Times-a istinadən, şikayətçi D.Razumilovdur. Onun dediyinə görə, o, kriptovalyuta tətbiqini 2017-ci ildə yükləyib.
Amm bu yay ona naməlum şəxs təfərindən LGBTİ kriptovalyutası olan 69 Geysikkə (Gaycoins) hədiyyə olunub. Hədiyyə ilə birlikdə “sınamadan mühakimə etmə” ismarıcı da göndərilmişdi.
Onun Apple şirkətinə qarşı şikayəti Govorit Moskva radiosunda yayımlanmışdı və orada deyilir: “Düşündüm ki, doğurdan da, nəyisə sınamadan necə mühakimə edə bilərəm? Və eyni-cinsli münasibəti yoxlamağı qərara aldım.”
“Yuxarıda qeyd olunan ismarıcı aldıqdan sonra həyatım pisə doğru dəyişdi və bir də əvvəlki kimi normal olmayacaq.”
Razumilov texnologiya nəhəngini onu “manipulyativ” şəkildə gey etdiyi üçün ittiham edib.
Onun sözlərinə görə, 15000 dollar və ya 1 mln rubl təzminat ona “ruhi sağlamlığa dəymiş ziyan və mənəvi iztirablar” qarşılığında ödənilməlidir.