Eminem Dolli Parton çağırışına qoşuldu


Dolly Parton Challenge Tvitterdə məşhurlaşdığı ərəfədə reper Eminem də bu çağırışa qoşuldu. 

Nine to Five ifaçısının başladığı çağırışa qoşulanlar özlərinin memlərini hazırlayaraq, 4 şəkildən ibarət kollaj yaradıb – Feysbuk, Linkedin, İnstaqram və Tinder hesablarında olan əsas şəkilləri bir araya yığıb. 


Eminem isə bu dördlükdə yer alan Tinder yerinə Grayndr (Grindr) hesabının şəklini paylaşıb. 

Eminem yenidən Grayndr istifadə etdiyi barədə zarafat edib. 

Düzmü etmişəm?” başlığı ilə paylaşdığı şəkil birmənalı qarşılanmayıb. Bəziləri onun bu addımını qınasa da, digərləri dəstəyini ifadə edib.