Çexiyada əhali bərabər hüquqlu evliliyi dəstəkləyir
Çexiya Respublikasında bərabər hüquqlu evliliyə olan dəstək artmaqdadır.
29/Jan/20
2473
Çexiyada əhali bərabər hüquqlu evliliyi dəstəkləyir
Çexiya Respublikasında bərabər hüquqlu evliliyə olan dəstək artmaqdadır. 23 yanvarda elan olunan sorğunun nəticələri əhalinin üçdə ikisinin bərabər hüquqlu evliliyi dəstəklədiyini göstərir.
MEDIAN agentliyinin araşdırmaçıları sorğunun nəticələrini həvəsləndirici adlandırıb, belə ki, respondentlərin böyük əksəriyyəti LGBTİ-lərin hüquqlarına dəstəyini ifadə edib.
Sorğunun nəticələri 2018-ci ildə parlamentin aşağı palatasına təqdim olunan eynicinsli evliliklərin leqallaşdırılması barədə qanun layihəsindən sonra elan edilib.
Qanunvericiliyin gecikdirilməsinə baxmayaraq, hökümət qanun layihəsinə dəstəyini bildirib.