Gey cütlük dəmir barmaqlıqlar arxasında evləndi
Kiprdə həbsxanada binqo oyunu zamanı tanış olan gey cütlük evlənib.
29/Jan/20
2554
Gey cütlük dəmir barmaqlıqlar arxasında evləndi
Kiprdə həbsxanada binqo oyunu zamanı tanış olan gey cütlük evlənib.
Kevork Tontian və Vemson Qarbal Avropa Birliyində həbsxanada evlənən ikinci gey cütlük kimi tarixə düşüb.
Azad olunduqdan sonra braziliyalı partnyoruna qarşı güclü hisslərini gizlədə bilməyən kiprli Tontian ona qovuşmaq üçün qanunu yenidən pozub. Tontian ard-arda iki dəfə azad olunub və yenidən qanunu pozmaqla həbsxanaya qaytarılıb. Seksual oriyentasiyasına görə ailəsi tərəfindən rədd olunması və eyni zamanda ucuz işçi qüvvəsi kimi istismar olunması da onun bu qərarına təsir edib.
Cütlük hazırda Nikosiyada həbsxanadadır. Onlar keçən həftə həbsxana mühafizəçiləri və bir neçə dostlarının iştirakı ilə vətəndaş nikahına giriblər. Ölkə qanunvericiliyinə əsasən, vətəndaş nikahı nikah statusu daşıyır və bərabərhüquqlu evlilik deməkdir.
Cütlük həbsxana rəhbərliyinə eyni kameranı bölüşmək üçün müraciət ünvanlayıb.