Geylər partnyorlarını testdən keçməyə məcbur edir
Grayndr (Grindr) səbəbilə getdikcə daha çox gey sevgililərinin yalan müəyyən edən testdən keçməyə məcbur edir.
08/Feb/20
2487
Getdikcə daha çox gey partnyorlarını testdən keçməyə məcbur edir
Grayndr (Grindr) səbəbilə getdikcə daha çox gey sevgililərinin yalan müəyyən edən testdən keçməyə məcbur edir. Andryu Qoldştayna görə, bunun səbəbi xəyanətlərin sayının artmasıdır.
Qoldştayn on ildən çoxdur ki, sədaqətsizlik hallarının təsdiqlənməsi və müəyyən edilməsi üzrə ixtisaslaşıb. O, 2008-ci ildən bəri minlərlə poliqrafiya sınağı keçirmişdir.
Qoldştaynın saytına əsasən, poliqrafiya testləri xəyanətdə ittiham olunma halları baş verərkən, etibarın yenidən bərpa olunması üçün ən doğru addımdır. Poliqraflar əvvəlki xəyanətlərdən sonra etibarın təməlini yaratmağa kömək edir. Dəqiqliyin təmin olunması üçün, Qoldştayn qətl hadisələrində istifadə edilən eyni poliqrafiya test cihazlarından istifadə edir.
Təxminən yeddi il əvvəl Qoldşyan LGBTQ müştərilərinin sayında artım müşahidə etib. Q qeydləri haqqında danışarkən, bir kişinin onun ofisinə gəlib ərinin yalan müəyyən edici cihazdan keçməsini istədiyini xatırlayır.
Bundan sonra Qoldştayn eyni-cinsli cütlüklərə qarşı inlüziv yanaşmaq üçün sorğuya dəyişliklər etdi. Qısa müddət sonra LGBTQ müştərilərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Getdikcə daha çox LGBTQ sevgilisi və ya partnyoru haqqında həqiqətləri bilmək üçün Qoldştayna müraciət etməyə başlayıb.