Putin eyni-cinsli nikahlara icazə verməyəcək


Rusiya prezidenti Vladimir Putin özünün anti-LGBTİ çıxışında eyni-cinsli cütlüklərin uşaq övladlığa götürmə və evlənmə hüquqlarının tanınmayacağını ifadə edib. 

Putin fevralın 13-ü Rusiya Konstitusiyasına dəyişiklikləri müzakirə edən komissiyanın görüşündə ölkənin eyni-cinsli münasibətlərə qarşı olduğunu vurğulamaq üçün gender spesifik dilin konstitusiyada qalmalı olduğunu bildirib. 


Vladimir Putin: “Mən prezident olduğum müddətdə eyni-cinsli cütlüklər valideyn olmayacaq.”

“’Valideyn nömrə 1’ və ’valideyn nömrə 2’ mövzularına gəlincə, mən bir dəfə vurğulamışam, indi də təkrar edirəm. Mən prezident olduğum müddətdə bu baş verməyəcək” – deyə o, əlavə edib.