Homofob türk cərrah xəstəxanadan qovuldu
Almaniyanın Karlsruhe şəhərindəki Karlsruhe Helios Klinikasında çalışan Metin Çakır 27 aprel bazar ertəsi günü Tvitterdə: "Bir həkim olaraq homoseksuallığın və transseksuallığın xəstəlik olduğunu bildirmək istərdim" – deyə yazmışdı.
02/May/20
2614
Almaniyada türk ürək cərrahı homoseksuallığı xəstəlik olaraq xarakterizə etdiyinə görə işdən azad edilib. Eyni gündə Türkiyənin məşhur müsəlman din xadimi geylərin "xəstəlik və zərərə" səbəb olduğunu söyləyib.
Birgün infomasiya agentliyinə əsasən, Almaniyanın Karlsruhe şəhərindəki Karlsruhe Helios Klinikasında çalışan Metin Çakır 27 aprel bazar ertəsi günü Tvitterdə:
"Bir həkim olaraq homoseksuallığın və transseksuallığın xəstəlik olduğunu bildirmək istərdim" – deyə yazmışdı.
Ertəsi gün klinika onu işdən çıxarıb və "Müzakirə mövzusu olan ifadələr Heliosun fəaliyyət prinsiplərinə heç bir şəkildə uyğun gəlmir" deyə əlavə edib.
Ürək cərrahının açıqlamaları bu həftə vətəni Türkiyədə məşhur müsəlman din xadimi Ali Erbaş tərəfindən səsləndirilmişdi. Türkiyənin Diyanət İşləri Bakanlığının rəhbəri Erbaş Aprel ayının 24-də Ramazan ayının ilk günü xütbə vermişdi.
O: “İslam homoseksuallığı lənətləyir. Homoseksuallıq xəstəliklər gətirir və nəsilləri məhv edir. İnsanları belə pisliklərdən qorumaq üçün birlikdə çalışmalıyıq" – deyə xütbəsində qeyd etmişdi.
Mənbə: PinkNews
Powered by Froala Editor