Britaniya Muzeyi kolleksiyasına beş dəyərli LGBTİQ+ əsər əlavə edir

 

Britaniya Muzeyi kuir tarixinin qiymətli parçaları ilə kolleksiyasının müxtəlifliyini artıraraq siyahıya beş yeni LGBTİQ+ artefakt əlavə edib. 

Muzeydə daim nümayiş etdiriləcək əsərlərə 2008-ci ildə gecə klubu tədbiri Gay Shame Goes Macho-dan "nine-bob note" (red: bir qara qəpik) daxildir.

İstehza məqsədli banknotda kraliçanın şəklinin yerinə Londondan olan quldur Ronnie Kray'ın şəkli yer alır  və "doqquz bob kimi kuir" ifadəsini ifadə edir.

 

Kolleksiyaya əlavə edilən başqa bir sənət əsəri isə Chevalier d’Eon kimi tanınan şəxsin təsvir olunduğu bürünc medaldır.

1728-ci ildə anadan olan Chevalier d’Eon fransız casusu və diplomatı kimi məşhur bir karyerası var idi. Chevalier Kraliça Elizabeth-in məhkəməsində qadın kimi görünməyə başlamışdı. Doğuş zamanı qadın kimi təyin olunduğunu iddia edirdi və Fransa hökuməti tərəfindən belə tanınmasını tələb etmişdi. 

 


O, elə bir tanınmış bir fiqur idi ki, "eonizm" termini bir müddət transgender və ya axışqın gender xüsusiyyətlərini göstərənlərə istinad edilirdi.

Digər artifaktlara Lesbosdan olan şair Sappho-nu təsvir edən dəmir yunan sikkəsi, lezbiyan seksini təsvir edən Roma lampası və 1600-1900 illər arasında həm qadın, həm kişilər tərəfindən istənən androgen "wakashu" fərdlərini əks etdirən Yapon çap məhsulları daxildir.

Powered by Froala Editor