Bakıda trans qadın bıçaqlanıb


Bu gün günorta radələrində Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisənin şahidi bildirir ki, seks işçiliyi ilə məşğul olan trans qadının evinə müştəri qismində gələn şəxs ona müxtəlif nahiyələrdən çoxsaylı bıçaq zərbələri endirib. 

Zərərçəkən Respublika Klinik Xəstəxanasına çatdırılıb. Onun yaxınları və xəstəxananın qarşısında gözləyən jurnalistlər məlumat verir ki, qısa müddətdən sonra xəstə qanaxması davam etdiyi halda həkimlər tərəfindən evə buraxılıb. Yaxınlarının etirazlarından sonra o, yenidən xəstəxanaya qaytarılıb. 

Şahidlər həmçinin bildirib ki, cinayətdə şübhəli bilinən şəxs artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Qeyd edək ki, bu son iki ay ərzində baş verən üçüncü belə bir hadisədir. 18 iyun tarixində Aysun Məmmədova özünü müştəri kimi təqdim edən şəxs tərəfindən hücuma məruz qalmışdı. Cinayətkar Aysunu 10 bıçaq zərbəsi ilə qətlə yetirmişdir. Hadisədən bir gün sonra digər seks işçisi 2 trans qadın naməlum şəxs tərəfindən hücuma məruz qalmış, onlardan biri kürək nahiyəsindən bıçaq zərbəsi ilə xəsarət almışdı.




Powered by Froala Editor