Ağıllı və öyrənməyə maraqlı olan trans uşaq, yeniyetmələrdən ibarət dəstə tərəfindən vəhşicəsinə döyülüb və bu dəhşətli hücum Snapchat-da yayımlanıb. Kanadanın Saskatchewan polisi trans uşağın bir qrup yaşıdı tərəfindən məruz qaldığı "dəhşətli" hücumunu araşdırır.

Moose Jaw-dan olan uşaq təcavüzkarlar tərəfindən lentə alınıb və video Snapchat-da yerləşdirilib. Moose Jaw Pride-ın icraçı direktoru Taylor Carlson hadisədən yalnız video sosial mediada yayıldıqdan sonra xəbərdar olub. O, Regina Leader-Post-a: “Şübhə etmirəm ki, Moose Jaw-da yaşayan LGBTQ2 insanları və Saskatchewan digər bölgələrində və xaricində yaşayan digər kiçik və əyalət icmalarında insanlar özlərini güvənsiz və təhlükədə hiss edəcəklər.” - deyib.

"Həqiqətən, bu, bir çox insanın evinə də toxunur." 

Videonu görəndən sonra yeniyetmə və ailəsi ilə əlaqə quran Carlson onun yaşıdlarından ibarət bir qrup uşaq tərəfindən hücumuna məruz qaldığını söyləyib. O əlavə edib ki: “Bu, olduqca sarsıdıcıdır. Bir insanın başına gələcək və əlbəttə ki, LGBTQ2 icmasının başına gələcək sarsıdıcı və dəhşətli bir şeydir.” 

Əlavə olaraq, polis xidməti Tvitterdə ittihamların “yekunlaşmadığını” və uşağın xoşbəxtlikdən “ciddi fiziki xəsarət almadığını” yazıb.

Mənbə: PinkNews

Powered by Froala Editor