Şimali İrlandiyada cütlüklər vətəndaş nikahlarını evliliyə dəyişə bilər
İngiltərədə vətəndaş nikahı bağlayan ilk gey cütlük Şimali İrlandiyada qanun dəyişikliyindən sonra evlənənlər arasındadır.
11/Dec/20
2039
İngiltərədə vətəndaş nikahı bağlayan ilk gey cütlük Şimali İrlandiyada qanun dəyişikliyindən sonra evlənənlər arasındadır. İngiltərədə vətəndaş nikahı bağlayan ilk gey cütlük Şimali İrlandiyada qanun dəyişikliyindən sonra evlənənlər arasındadır.
1300-dən çox eynicinsli cütlük əsas qanun dəyişikliyindən sonra Şimali İrlandiyada 7 dekabr bazar ertəsi günündən etibarən vətəndaş nikahlarını evliliyə çevirə bilər. On yeddi kuir cütlüyün bazar ertəsi günü vətəndaş nikahlarının evliliyə dəyişməsi gözlənilir, bu həftə üçün 32 dəyişmə planlaşdırılır.
Şimali İrlandiyada eynicinsli evlilik fəallar tərəfindən uzun illər davam edən bir kampaniyanın ardından, nəhayət, yanvar ayında leqallaşdırılmışdı - lakin ilkin qanuni çərçivə vətəndaş nikahlarının evliliyə çevrilməsinə imkan vermirdi.
Nəhayət, qanun oktyabr ayında dəyişdirildi və 7 dekabrdan etibarən bütün cütlüklərin münasibətlərinin bərabər şəkildə tanınmasına yol açdı. Şimali İrlandiyada eynicinsli cütlüklər qanun dəyişikliyindən sonra vətəndaş nikahlarını evliliyə çevirir.
Amanda McGurk və Cara McCann bazar ertəsi səhəri Belfastda vətəndaş nikahlarını evliliyə çevirən ilk cütlük oldular. Tvitterdə yazan McGurk bunları söyləyib: “Bu gün uzun müddət gözlədikdən sonra rəsmi olaraq sənin həyat yoldaşınam, Cara. İnana bilmirəm, səni sevirəm.”
Vətəndaş nikahı barədə qanun ilk dəfə 2005-ci ildə qəbul edildiyi zaman İngiltərədə vətəndaş nikahına daxil olan ilk cütlük Chris və Henry Flanagan-Kane həm də bazar ertəsi günü ittifaqlarını evliliyə çevirən ilk cütlüklərdən biri oldular.
Chris Flanagan-Kane BBC News-a bildirib: “Sevgi elə sevgidir. Sevirsənsə, evlənmək və heteroseksual qardaş və bacılarınla eyni hüquqlara sahib olmaq istəyirsən. Ancaq Şimali İrlandiyada bərabər evlilik hüququmuzdan məhrum edilmişdik."
Mənbə: PinkNews
Powered by Froala Editor