Nicholas Yatromanolakisə vəzifəsi barədə xəbərdarlıq edilibmiş


Yunanıstanın ilk açıq gey nazirinə seksuallığı səbəbindən heç vaxt seçilən vəzifəyə namizəd olmaması barədə xəbərdarlıq edilmişdir.

Nicholas Yatromanolakis seksuallığı səbəbi ilə heç vaxt vəzifəyə gəlməməsi xəbərdarlığına baxmayaraq uğurla Yunanıstanın ilk gey naziri olaraq seçilib.

Demək olar ki, karyerasının hər addımında homofobiya ilə mübarizə aparan 45 yaşlı Yatromanolakis kabinet dəyişikliyi nəticəsində hazırki mədəniyyət nazirinin müavini seçilib.

O, əvvəllər "profili” səbəbindən tez-tez görkəmli rollar axtarmaqdan çəkinirdi və ona siyasi məsləhətçi işinin arzulaya biləcəyi yeganə iş ola biləcəyi söylənilmişdi.

Yatromanolakis Thomson Reuters Fonduna verdiyi açıqlamada: "Bütün LGBT+lər həyatlarının hansısa məqamında onları tamamilə dəstəkləməyən və ya kim olduqlarını anlamayan mühitlərdə çalışmaq məcburiyyətində qalıblar", - deyib.

O, şok edici bir şəkildə canlı yayım zamanı televiziyada “Sus, canım” deyildiyini və ictimai həyatda olduğu müddət ərzində himayəkar baxışlar və gülüşlərlə qarşılaşdığını xatırlayıb. Bəzən gey hüquqları barədə danışarkən LGBTİ+ hüquq aktivisti ilə səhv salındığını söyləyib.

"Bunun sizi narahat etməsinə icazə verə bilməzsiniz, çünki bu sizin həyatınızdır ... və doğru şey olduğuna inandığınızı etməlisiniz",- o, deyib.

Yatromanolakis 2014-cü ildə Potami mərkəzçi partiyasının qurucu üzvü kimi siyasətə başlamazdan əvvəl marketinq və rabitə sahələrində çalışmışdır.



Powered by Froala Editor