“Queer AF” festivalı: münsif heyəti Carolina Falkholt
Nəfəs LGBTİ Azərbaycan Alyansı və “Queer AF” festivalı Carolina Falkholt-un münsiflər heyətinin bir hissəsi olacağını qürurla elan edir.
19/Jan/21
2036
“Queer AF” festivalı: münsif heyəti Carolina Falkholt
Nəfəs LGBTİ Azərbaycan Alyansı və “Queer AF” festivalı Carolina Falkholt-un münsiflər heyətinin bir hissəsi olacağını qürurla elan edir. Komandanın 2 təşkilat heyəti üzvü ilə birlikdə o, festivala təqdim olunan işləri dəyərlənirəcək və onlara qiymət verəcək. Aşağıda rəssam haqqındada qısa məlumatı oxuya bilərsiniz.
Carolina Falkholt (1977-ci il təvəllüdlü) xarakterik divar rəsmləri ilə tanınan isveçli sənətkardır. Əsərləri bir çox muzey nümayişlərinə və eləcə də, ən son Wanås Konst, Göteborq İncəsənət Muzeyi və Eskilstuna İncəsənət Muzeyindəki sərgilərə daxil edilmişdir. İşləri İsveçdə Galleri Thomassen qalereyasında təmsil olunur.
Carolina Falkholt öz qrafiti yaradıcılığını boyama, rəsm, heykəltəraşlıq, performans, yazıçılıq, musiqi və videoları birləşdirərək inkişaf etdirmişdir. Onun işləri gender stereotipləri və qadın bədəninin istifadə və təmsili ilə bağlı köhnə ideyalara meydan oxuyur.
“Queer AF” festivalı müraciət tarixinin uzadıldığını bildirir
Budan əlavə, Nəfəs LGBTİ Azərbaycan Alyansı və “Queer AF” festivalı iştirak üçün müraciət tarixinin uzadıldığını bildirir. İşlərinizi yanvarın 31-i 2021-ci il tarixinə qədər təqdim edə bilərsiniz.
Festivalın giriş mövzusu "Kuir x Azərbaycan – Mənim Bədənim, Mənim Kimliyim, Mənim İrsim"-dir. Sənətçilər müsabiqədə iştirak edəcək əsərlərini [email protected] elektron poçtuna göndərməlidir və yalnız bütün əl işləri toplandıqdan sonra onları festivalın İnstaqram hesabında (@queerartfest) yayımlayacağıq. Nəşr olunduqdan sonra əsərlər @queerartfest-də 2 həftə ərzində ictimai səsvermə üçün açıq olacaq. Səsvermə yekunlaşdırıldıqdan və bütün əl işləri qiymətləndirildikdən sonra ilk 3 finalçı simvolik miqdarda pul mükafatı qazanacaq.
"Queer AF" festivalı haqqında daha ətraflı informasiya üçün linkə keçid edin və ya festivalın Instagram səhifəsini izləyin.
Powered by Froala Editor