Musiqi jurnalisti polşalı bəstəkar Şopenin gey sevgilərini kəşf edir


Əlbəttə ki, əvvəllər mütəxəssislər onların yalnız yaxşı dost olduqlarını söyləmişdilər.

Əvvəllər tarixçilər onların münasibətlərini sadəcə dostluq kimi qiymətləndirsələr də, musiqinin ən böyük bəstəkarlarından biri olan Frederik Şopen kişilərə də ehtirasla aşiq idi. 

1810-cu ildə Varşavada anadan olan bəstəkar dövrünün aparıcı musiqiçilərindən biri olmuşdur. O, LGBTİ+ bərabərliyi mövzusunda kəskin fikir ayrılığına sahib olan Polşada milli qəhrəman olaraq qalır. 

Lakin indi musiqi jurnalisti Moritz Weber tarixçilərin və bioqrafların iki əsr ərzində onun homoerotik məktublarını Polşanın mühafizəkar standartlarına uyğunlaşdırmaq üçün iqnor və hətta səhv tərcümə etdiklərini iddia edir.

İsveçrənin ictimai yayımçısı SRF-də iki saatlıq radio şousunda Weber tarixçilərin Şopenin qadınlarla əlaqəli şayiələrini şişirtdiklərini söylədi. Hətta dahi pianoçunun ‘kotteclikdən’ zövq aldığını, ictimai tualetlərdə seks partnyorları axtardığını iddia edir.

Şopen 1837-ci ildə yazdığı bir məktubda dostu Julian Fontanaya Londondakı ‘möhtəşəm pisuarlar’ barəsində həyəcanını ifadə edib. 

Weber Şopenin məktublarında birbaşa erotik şərhlər də daxil olmaqla 'kişilərə yönəlmiş sevgi bəyanlarını' aşkar edib. Bu əsnada isə, bəstəkar qadınlarla əlaqəli söz-söhbətlərdən "gizli hisslərə don" geyindirmək üçün istifadə etmişdir.

Şopen 22 məktubdan birində məktəb yoldaşı Tytus Woyciechowski-yə yazırdı:

'Öpülməyi sevmirsən. Xahiş edirəm, bu gün icazə ver. Dünən gecə sənin haqqında gördüyüm kirli yuxu üçün ödəməlisən.'

Woyciechowski’yə göndərilən məktubların çoxu ‘Mənə bir öpüş ver, ən əziz sevgilim’ sözləri ilə bitirdi.

Buna baxmayaraq, musiqişünas Alan Walker Şopenin 2018-ci il bioqrafiyasında Woyciechowski-ni sadəcə ‘könül dostu’ kimi xarakterizə etmişdir.

Tərcümə mübahisəsi


1829-cu ildə yazılmış məktublardan birində Şopen Woyciechowski'ni 'ideal' olaraq xarakterizə edir.

Ancaq Varşava Fryderyk Chopin İnstitutu 2016-cı ildə Şopenin məktublarını tərcümə etdikdə, onun ‘idealını’ müəyyənləşdirmək üçün qadınlıq əvəzliyindən istifadə etmişdir. Weber polyak dilində yazılmış orijinal məktubda ismin maskulin olduğunu söyləyir.

Buna baxmayaraq, akademiklər Şopenin seksuallığı ilə bağlı mübahisələri davam etdirəcəklər.

The Guardian qəzeti Yale Universitetinin Slavyan dilləri üzrə təqaüdçü professoru olan tərcüməçi David Frick-dən 1829-cu il məktubunun tərcüməsi barədə soruşub. Ancaq o, tərcüməçilərin məktubun mənasını dəyişdirdiyinə dair ittihamı rədd etdi.

Frick: ‘O, [Şopen] özünün "sevgi" ifadələrində kişi ilə qadın arasında ayrı-seçkilik etməyən bir romantik idi. Ancaq müxtəlif tənqidi nəşrlərdəki "itkin" məktubların arxasında bir növ konspirologiya olduğunu söyləmək absurddur', - deyə iddia edib.

Açıqlamalar Polşada nifrətlərinin ölkənin mədəniyyətinə söykəndiyini iddia edən homofob məmurları biabır edə bilər.

Ölkədə hələ də onun adını daşıyan bir neçə musiqi festivalı keçirilir. Yeri gəlmişkən, paytaxtın əsas hava limanı onun şərəfinə Varşava Şopen Hava Limanı adlanır.


Mənbə: Gay Star News





Powered by Froala Editor