Türkiyə: LGBTİ+ uşaqlara qarşı həyasız hücum
Türkiyə prezidenti Ərdoğan LGBTİ+ uşaqlara qarşı həyasız hücum etdi
02/Feb/21
1693
Türkiyə: LGBTİ+ uşaqlara qarşı həyasız hücum
Türkiyə prezidenti Erdoğan LGBTİ+ uşaqlara qarşı həyasız hücum etdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasındakı gəncləri LGBTİ+ olmadığı üçün təriflədi, kuir gənclərə isə “vandallar” deyə tənqid etdi.
Duvar qazetinə əsasən, Ərdoğan şərhlərini 1 fevral bazar ertəsi günü Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinə onlayn müraciət edərkən söyləyib.
Türkiyədəki gənclərə müraciət edən Ərdoğan: "Gənclərimizi LGBTİ+ gəncləri kimi deyil, bu ölkənin şərəfli keçmişinin gəncləri kimi gələcəyə aparacağıq", - deyib.
Sözünə davam edərək: “Siz LGBTİ+ gəncləri deyilsiniz. Siz vandalizm edən gənclər deyilsiniz, lakin vandalizmə məruz qalmış qəlbləri düzəldən sizsiniz", - əlavə edib.
O, bütün fikir və kimliklərə “terror, əxlaqsızlıq, təhrif və şiddət” ilə əlaqəli olmadığı müddətdə “hörmət” etdiyini iddia edib.
Rəcəb Tayyib Ərdoğan LGBTİ+lərin gəncləri ‘zəhərlədiyini’ düşünür.
Mənbə: PinkNews
Powered by Froala Editor