That Vegan Teacher: icmanın qınağına tuş gəldi


'Heyvan haqları fəalı' veqan kimi kaminq aut (coming out) etməyi LGBTİ+ kimidən daha xüsusi bir şey olduğunu düşünür. 

Veqan TikToker “veqan heyvan hüquqları müdafiəçisi olaraq kaminq aut etməyi” LGBTQ+ icmasının üzvü olaraq kaminq aut etməkdən daha xüsusi bir şey kimi təqdim etdiyi video yayımladıqdan sonra "atəşə" tutuldu. 

Miss Kadie kimi də tanınan That Vegan Teacher (Həmin Veqan Müəllim) "heyvanlara və əzilənlərə kömək etmək üçün" TikTok-da olduğunu söyləyir. 1,7 milyon izləyicisi var və videoları 33,4 milyondan çox bəyənmə toplayıb. 

Videolarının əksəriyyəti heyvan hüquqlarını dəstəkləməyə və sağlam pəhrizə yönəlsə də, veqan kimi “kaminq autun” LGBTİ+ kimi kaminq aut etməkdən daha “xüsusi” olduğunu səsdirən mübahisəli fikirlərinə görə tənqid olunur. 

Silinən TikTok videosunun altında That Vegan Teacher bir istifadəçinin “Veqan kimi kaminq aut gey/lezbiyan kimi kaminq aut qədər xüsusi deyil. Mən özüm lezbiyanam. Veqanlıq seksuallıq deyil, pəhrizdir” şərhinə cavab olaraq: “Tamamilə yanılırsınız. Veqan heyvan haqları fəalı olaraq - özündən ziyadə digərlərinin qayğısına qalan biri kimi kaminq aut LGBTQ icmasının üzvü olaraq kaminq autdan daha xüsusidir. LGBTQ icmasının üzvü olaraq kaminq aut tamamilə xudbin hərəkətdir. Bu, (hərəkət) yalnız özün haqqında danışmaqdır”, - deyə bildirmişdir.

“Dünyanı yaxşılaşdırmaq üçün edəcəyiniz şeylərdən danışmırsınız. Heyvan haqları müdafiəçisi olaraq kaminq aut heyvanlardan - başqalarından bəhs edir, yalnız sizdən deyil. Əslində, təkcə bunu etmək tamamilə fədakar bir addımdır”, - deyə əlavə etmişdir.


Mənbə: PinkNews



Powered by Froala Editor